Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Çap kitablarının tədqiqi şöbəsi

Çap kitablarının tədqiqi şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri

Tahirə Həsənzadə

tarix üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

Çap kitablarının tədqiqi şöbəsi Əlyazmalar İnstitutunun çap kitablarının (əski və müasir) elmi əsaslarla tədqiqi və elmmetrik təhlili məqsədi ilə yaradılıb.

Əlyazmalar İnstitutunun fondlarında saxlanılan çap materiallarının sistemli şəkildə tədqiqi, elmmetrik təhlili və elmi təsviri;

İnstitut tərəfindən nəşrə hazırlanan çap məhsulunun, o cümlədən kitab, elmi jurnal və topluların milli (dövlət) və beynəlxalq redaksiya-nəşriyyat standartlarına uyğunluq dərəcəsinin müəyyənləşdirilməsi, nəşrlərin nüfuzlu elmi indeksləşdirmə bazalarında və akademik sosial şəbəkələrdə qeydiyyatı, reytinqinin yüksəldilməsi;

alimlərin elmmetrik göstəricilərinin və nəşr fəaliyyətinin araşdırılması;

İnstitutun redaksiya-nəşriyyat fəaliyyətinin elmi qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında vahid elektron məlumat sisteminin yaradılması, idarə olunması və elmmetrik informasiyaların əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, çap məhsulu üzərindəki əqli mülkiyyət hüquqlarının qorunması səviyyəsinin monitorinqi və s.

Çap kitablarının tədqiqi şöbəsinin əsas fəaliyyət istiqamətləridir.

Şöbə mütəxəssisləri tərəfindən Əlyazmalar İnstitutunun veb-saytının texniki-proqram təminatı da həyata keçirilir

Əsas elmi nəticələri