Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  6 saylı şöbə

6 saylı şöbə
Tel. (+994 12) 5397128
Faks  
Elektron poçtu depart6@iit.science.az
Struktur bölmənin rəhbəri Bikəs Sayıl oğlu Ağayev
Texnika üzrə fəlsəfə doktoru 
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri  - Audioinformasiya texnologiyaları problemləri;

- Coğrafi informasiya texnologiyaları problemləri;

- Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri.

Əsas elmi nəticələri - Metropoliten sərnişin avtomatikası qurğularının təkmilləşdirilməsi və yaradılması üzrə avtomatik nəzarət-buraxılış məntəqələri kompleksi hazırlanıb Bakı Metropolitenində tətbiq olunmuşdur;

- Paylanmış iyerarxik dispetçer idarəetmə sistemlərində audioxidmət vasitələrinin analizi və sintezi istiqamətləri üzrə aparılmış tədqiqat işlərinin nəticələri əsasında dispetçer danışıqlarının qeydiyyatı və uçotu sistemi işlənmiş (“Xəbərçi-1” və “Xəbərçi-1M”) və Bakı Metropolitenində tətbiq edilmişdir;

- Audio-mining texnologiyaları bazasında böyük həcmli audiobaza verilənlərinin intellektual emalı üçün effektiv metod və alqoritmlərin işlənməsi istiqamətində Call-center operatorları danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sistemi (“Arbitr-107”) işlənib hazırlanmış və “AzTelekom” İstehsalat Birliyində tətbiq edilmişdir;

- ARDNŞ-in dispetçer idarəetmə sisteminin təkmilləşdirilməsi konsepsiyası çərçivəsində sistemin müasir lokal və şəbəkə səsyazma, arxivləşdirmə sistemləri ilə inteqrasiyası məsələləri tədqiq edilmiş, mövcud sistemin xüsusiyyətini nəzərə almaqla iyerarxik idarəetmənin hər birinin 4 səviyyəsinin lokal istifadə üçün dispetçer danışıqlarının uçotu və qeydiyyatı sistemi layihələndirilmiş, xüsusiləşdirilmiş korporativ səsyazma şəbəkə sisteminin yaradılma prinsipləri işlənmişdir;

- Nitq tranzaksiyalarının emalı metod və alqoritmlərinin işlənməsi istiqaməti üzrə telekommunikasıya kanallarından qəbul edilən səs (nitq) siqnallarının anlaşıqlıq və təbiilik meyarlarına görə keyfiyyətin qiymətləndirilməsi və artırılması üçün metod və alqoritmlər işlənmiş və tətbiq edilmişdir;

- Coğrafi informasiya texnologiyalarının tətbiqi ilə teleradioyayım prosesinin real zamanda monitorinqi məsələləri tədqiq edilmiş, ərazinin rəqəmsal modeli və xəritələri əsasında teleradioyayım prosesinin monitorinqi sistemlərinin yaradılması prinsipləri və konseptual modeli işlənmişdir;

- Azərbaycanda elektron tullantıların idarə edilməsi sistemlərinin yaradılması istiqamətində (qanunvericilik, texniki-texnoloji, iqtisadi-sosial, ekoloji və s. aspektləri) dünya təcrübəsinin öyrənilməsi,respublikada bu sahədə vəziyyətin monitorinqinin aparılması və idarəetmə sisteminin yaradılması məqsədilə təkliflərin işlənməsi üzrə tədqiqat işləri aparılır.