Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyası

Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi laboratoriyası
Tel. (+99412)5149651

(+994 12) 5149612   

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri

Nəbiyev Oruc Qərib oğlu

Kimya üzrə fəlsəfə doktoru, Dosent

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri 

İnstitutda sintez edilmiş yeni üzvi biləşmələrin, sürtkü yağları, yanacaq və xüsusi mayelərə  əlavə edilən aşqarların başlanğıc, aralıq və son məhsullarının analizi, onların laboratoriya  tədqiqatları;

Yeni analiz üsullarının işlənib hazırlanması.

Əsas elmi nəticələri

Yüksək temperaturda qaynayan polyar neft-kimya sintezi məhsullarının analizi üçün qaz-maye xromatoqrafiya üsulunun yeni variant – buxar fazalı xromatoqrafiya üsulu işlənib hazırlanmışdır

İlk dəfə olaraq anaiz edilən üzvi birləşmələrin tutulma mexanizmi təcübi yolla öyrənilmiş, yeni model təklif edilmişdir;

Müəyyən edilmişdir ki, təsirsiz qazın buxar fazalı hərəkət edən faza ilə əvəz edilməsi,  kolonkanın effektivliyinin artmasına xromatoqrafik zonaların asimmetrikliyinin azalmasına və yüksək temperaturda qaynayan üzvi birləşmələrin tutulma vaxtının azalmasına imkan yaradır;

İlk dəfə bu üsul kapilyar xromatoqrafiya üsuluna su buxarı axınında tətbiq edilmiş, təbii seolitdən – diaomitdən yeni bərk daşıyıcı işlənib hazırlanmış, üzvi birləşmələri detektə etmək üçün iki yeni yüksək həssaslığa malik formamid və karbon 2-sulfiddən istifadə edilmiş, təbii seolit klinoptilolit və tuflardan yeni adsorbentlər hazırlanmışdır;

İşlənib hazırlanmış üsullar sənayedə alkilfenol   istehsaının texnoloji prosesinə nəzarət etmək üçün də istifadə edilmişdir.