Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Türk xalqları folkloru şöbəsi

Türk xalqları folkloru şöbəsi
Tel. (+994 12) 4981621 
Faks (+994 12) 4981621 
Elektron poçtu turkxalqlarifolkloru@gmail.com
Struktur bölmənin rəhbəri

Əfzələddin Əsgər

Filologiya elmləri doktoru, professor
İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri 

1.Türk xalqları folklorunun araşdırılması

2.Türk xalqları folklorunun Azərbaycan dilinə tərcüməsi.

3.Azərbaycan folklorunun toplanması

4.Azərbaycan folklorunun araşdırılması

Əsas elmi nəticələri

Folklorşünaslıqla ilk dəfə olaraq  Böyük Türkmanlar və türk dastan yaradıcılığının Oğuznamə dövrü, Edigey dastanı, Maaday Kara dastanı, Koblandı Batır dastanı, Mühacirət folkloru, Türk xalqlarında səma cisimləri haqqında təsəvvürlər, Dambur ifaçılığı və hayla yaradıcılığının tədqiqində mühüm elmi nəticələr əldə olunmuşdur.

«Oğuznamə yaradıcılığı» adlanan monoqrafik araşdırmada başlanğıcdan sona qədər Oğuznamə yaradıcılığının gedişatı (dinamikası) öyrənilir və Oğuznamə yaradıcılığının tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır.

Monoqrafiyalar:

Ə.Əsgər: Oğuznamə yaradıcılığı”, “Böyük Türkmanlar və türk dastan yaradıcılığının Oğuznamə dövrü”

A.Həsənova, S.Qaybalıyeva, L.Süleymanova, E.Əmirli, Q.Şəhriyar, T.Nəsib, S.Həsənovanın kitabları.