Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsi

XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsi
Tel. (+994 12) 5384998 
Faks  
Elektron poçtu Emrahli_1987@mail.ru 
Struktur bölmənin rəhbəri

Şirindil Həsən oğlu Alışanov


Filologiya üzrə elmlər doktoru
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  XX əsr(sovet dövrü) Azərbaycan ədəbiyyatının inkişaf meyilləri və xüsusiyyətləri, poetik təkamülü; XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılıq yolu; XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının müxtəlif janrlar üzrə antologiyalarının hazırlanması 
Əsas elmi nəticələri

1. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı sistemli şəkildə öyrənilmiş, üç cildlik Azərbaycan ədəbiyyatının III cildində (1960) bu dövrün ədəbiyyatı tədqiq edilmişdir.

2. Bu dövrün ədəbiyyatı ikicildlik (1967) “Azərbaycan sovet ədəbiyyatı tarixi”ndə tədqiq olunmuşdur. Akademik Məmməd Arifin baş redaktorluğu ilə çap olunmuş bu ikicildlikdə göstərilən dövrün ədəbiyyatı tarixi mərhələlər, janrlar üzrə təhlil olunur.

3. Yeddicildlik Azərbaycan ədəbiyyatının VI cildində 1920-1990-cı illər ədəbiyyatı yeni, müstəqillik dövrünün metodoloji prinsipləri mövqeyindən yazılmışdır.

4. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının görkəmli klassikləri – Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Müşfiq, Mir Cəlal, Süleyman Rəhimov, Ə.Əbülhəsən, Ənvər Məmmədxanlı, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Məmməd Arif, Məmməd Cəfər, İsa Hüseynov, B.Bayramov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin, İ.Məlikzadə və digərləri haqqında monoqrafiya və elmi-publisist kitablar yazılmışdır.

5. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının ədəbi-nəzəri problemlərinin tədqiqinə həsr edilmiş silsilə məcmuələr (“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”, I-IV kitablar) nəşr edilmişdir.

6. XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatının janrları üzrə antologiyaların nəşrinə başlanılmışdır. Poeziyaya həsr edilmiş ilk dörd cild çap olunmuşdur.