Tel. | (+994 12) 510-18-02 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri |
Nikpur Mirhüseyn oğlu Cabbarlı Filologiya üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 7 | |
Əsas fəaliyyət istiqamətləri |
Azərbaycan mühacirət ədəbiyyatının toplanılması, nəşri, araşdırılması və təbliği |
|
Əsas elmi nəticələri |
Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi İnstitut Elmi Şurasının 4 iyul 2013-cü il tarixli (protokol № 4) qərarı ilə yaradılmış və İnstitut üzrə 10 iyul 2013-cü il tarixli 82 №li əmrə əsasən müvəqqəti struktur vahidi kimi fəaliyyətə başlamışdır. Azərbaycan MEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli 21/6 №li qərarı ilə şöbə daimi struktur vahidinə çevrilmişdir. Şöbədə Azərbaycan mühacirət ədəbiyyatının tarixi və nəzəri problemləri araşdırılmış, «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar seriyası üçün Məhəmməd Əmin Rəsulzadənin, Alazan Baycanın, Məhəmməd Sadıq Aranın, Teymur Atəşlinin, Abay Dağlının, Ceyhun Hacıbəylinin, Süleyman Təkinərin əsərləri nəşrə hazırlanmışdır. Ötən müddət ərzində şöbə əməkdaşlarının 4 kitabı (Nikpur Cabbarlının «Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri» (Bakı: Təhsil, 2014), «Azərbaycan mühacirət poeziyası» (Bakı: Elm və təhsil, 2014), «Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» (Bakı: Elm və təhsil, 2015) monoqrafiyaları, «Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə» məqalələr toplusu (Bakı: Elm, 2015)), 80-dən artıq elmi və elmi-publisistik məqaləsi (o cümlədən xarici elmi jurnallarda 3 məqalə) çapdan çıxıb. Fil.f.d., dos. Vilayət Hacıyev xidməti müqaviləyə əsasən siyasi mühacirətimizin görkəmli nümayəndəsi Hilal Münşinin «Azərbaycan Respublikası (tarixi-siyasi oçerk)» (Berlin, 1930) kitabını alman dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bu əsər «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» kitablar seriyasının Hilal Münşiyə həsr ediləcək xüsusi cildində yer alacaqdır. 2016-cı ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan «Azərbaycan mühacirət ədəbiyyatı: problemlər, reallıqlar, vəzifələr» beynəlxalq elmi konfransına hazırlıq işləri sürətlənir. Şöbə əməkdaşları çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin VII cildinin uyğun hissəsinin (20 m.v.), habelə 10 cildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin bütünlüklə mühacirət ədəbiyyatımıza həsr ediləcək IX cildinin icmal və portret-oçerkləri üzərində də çalışırlar. |