Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Türk xalqları ədəbiyyatı şöbəsi

Türk xalqları ədəbiyyatı şöbəsi
Tel.  (+994 12) 5384180 
Faks  
Elektron poçtu turk_xalqlari_edebiyyati@mail.ru 
Struktur bölmənin rəhbəri

Məmməd İrac oğlu Əliyev   

Fil.e.d. prof.
İşçilərin ümumi sayı 10 
Əsas fəaliyyət istiqamətləri 

-    Şöbənin elmi fəaliyyətinin əsas istiqamətlərini türk xalqları ədəbiyyatının inkişaf tarixi üçün səciyyəvi olan ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemlərin, qarşılıqlı ədəbi-mədəni əlaqələrin - türk təsəvvüf ədəbiyyatı: onun tarixi ənənəsi, inkişaf meylləri, ortaq və fərqli cəhətləri; türk xalqlarının yazılı ədəbiyyatının formalaşmasında folklorun - əski türk eposu, xalq şeiri ənənələrinin, aşıq poeziyasının rolu; türk divan ədəbiyyatı; türk xalqları ədəbiyyatının özünəməxsusluqları; XIX əsr türk xalqları ədəbiyyatında yeni mərhələ kimi: tarixi ədəbi ənənələr və müasir növlər, janrlar, maarifçilik və cədidizm; XX əsr türk xalqları ədəbiyyatının inkişaf meylləri (yeni mövzular, ideyalar, problemlər, ədəbi cərəyanlar, sənətkarlıq vasitələri və s.), türk nəsrinin inkişaf istiqamətləri, Avropa türklərinin ədəbiyyatı, görkəmli şair və yazıçıların həyat və yaradıcılıqlarının və s. araşdırılması, türk xalqları ədəbiyyatı ilə bağlı antologiyaların hazırlanması,  konfrans, simpozium, disputların keçirilməsi təşkili edir. 

Əsas elmi nəticələri

Şöbə, "Yaşayan Yunus Əmrə" (09-10 dekabr, 2013) və "Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri" mövzusunda(01-02 dekabr, 2015) iki beynəlxalq elmi konfrans, Məhtimqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş "Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi" (06 may 2014)  və "Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür" (25 may 2015) mövzusunda  praktik elmi konfranslar keçirmişdir.

Türk xalqları ədəbiyyatı üzrə 10 cildlik antologiyanın hazırlanıb nəşr olunması nəzərdə tutulur. İlk cild - "Türk şeir antologiyası" çapa təqdim olunmuşdur.

Şöbədə ilk dəfə olaraq Koroğlunun Bolqar variantının poetikası, XIX əsr türk xalqları ədəbiyyatı: ədəbi inkişaf meylləri, etnik-milli özünəməxsusluqlar, Azərbaycan -qaqauz ədəbiyyatınnda epik növün inkişaf meyilləri, Qaraçay ədəbiyyatının təşəkkülü məsələləri, XX əsr tatar maarifçiliyi, Azərbaycan-özbək ədəbi ənənələri, XX əsr qazax ədəbiyyatında cədidizm və s. kimi məsələlər sistemli şəkildə tədqiq olunmuşdur. Qaracaoğlan, Seyrani, Yunus Əmrə, Nicati, Şeyx Qalib,  Fazil Hüsnü Dağlarca, Əlimcan İbrahimov, Peyami Səfa, Muxtar Auezov kimi şəxsiyyətlərin həyatı və yaradıcılığı tədqiqata cəlb olunmuşdur.

2009-2013-cü il tarixlərində şöbənin "Türk xalqları ədəbiyyatı" məcmuəsi dərc olunmuşdur. Türk xalqlarının müxtəlif problemlərini əhatə edən məcmuənin 6 sayı işıq üzü görmüşdür.