Tel. | (+994 12) 5102056 | |
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri |
Xədicə Heydərova filologiya üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri |
Dil tarixinin inkişaf mərhələlərinin, qədim yazılı abidələrin və ayrı-ayrı klassiklərin dil xüsusiyyətlərinin öyrənilməsi. 1945-ci ildən yaranan şöbədə Azərbaycan ədəbi dilinin tarixi, Azərbaycan dilinin tarixi qrammatikası, Azərbacan dilinin yazılı qaynaqlarının tədqiqi, XIII-XVII əsrlərə aid abidələrin öyrənilməsi istiqamətində elmi araşdırmalar aparılır. |
|
Əsas elmi nəticələri | Bir çox qədim yazılı abidələr, bədii mətnlər, o cümlədən ayrı-ayrı dövrlər üzrə klassiklərin dil xüsusuiyyətləri, üslub məsələləri Azərbaycan dili ilə müqayisədə öyrənilmişdur. Sübut olunmuşdur ki, oğuz və qıpçaq dilləri əsasında formalaşmış Azərbaycan ədəbi dili ilkin təşəkkül dövrlərində şifahi, XIII əsrdən sonra yazılı qollar üzrə Azərbaycan xalq dili əsasında inkişaf etmişdir. Bu tədqiqatlar əsasında “Azərbaycan ədəbi dilinin tarixi” (4 cild), “Azərbaycan dilinin tarixi lüğəti” (4 cild), ““Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”, “Füzulinin dili” kimi fundamental əsərlər hazırlanmışdır. |