Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Sosiolinqvistika və psixolinqvistika şöbəsi

Sosiolinqvistika və psixolinqvistika şöbəsi
Tel. (+994 12) 5372081(+994 12) 5372089
Faks (+994 12) 5104187  
Elektron poçtu

mayil62@yandex.com 

Struktur bölmənin rəhbəri filologiya elmlər doktoru Mayıl Binnət oğlu Əsgərov
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Azərbaycan cəmiyyətinin sosiolinqvistik problemlərini araşdırmaq; ölkədə mövcud olan dil situasiyasını öyrənmək; dilçilik elmində yaranan yeni istiqamət və nəzəriyyələr əsasında Azərbaycan dilçiliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək; yeni istiqamətlərə uyğun nəzəri və praktik tədqiqatlar aparmaq.
Əsas elmi nəticələri

1) Azərbaycan dilçilik elmi tarixində dilin psixologiyası ilə bağlı ilk nəzəriyyə olan "Linqvo-psixoloji vəhdət nəzəriyyəsi" məhz bu şöbədə işlənib hazırlanmışdır (Müəllifi: f.e.d. Mayıl B. Əsgərov).

2) Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün A1-A2, B1-B2, C1 səviyyələri üzrə 12 kitab və CD disk hazırlanmışdır.

3) Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün Salam Azerbaijan adlı Yutub kanalı açılmışdır. 

4) Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün “Salam,  Azərbaycan!” adlı Sayt hazırlanmışdır.  

5) Azərbaycanda yaşayan xalqların və etnik qrupların dilləri, Azərbaycandakı sosial dil situasiyası, eləcə də Azərbaycan dili ilə təmasda olan dillərin qarşılıqlı təsiri və zənginləşmə imkanları öyrənilmişdir.