Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Nəzəri dilçilik şöbəsi

Nəzəri dilçilik şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Müasir dilçiliyin nəzəri problemlərinin tədqiqi, Azərbaycan dilçiliyinin nəzəri səviyyəsinin yüksəldilməsi, Azərbaycan dili mətnlərinin koqnitiv, semiolinqvistik təhlili və tədqiqi, dünya dilçilik irsinin öyrənilməsi və Azərbaycan dilinə tərcümə edilməsi məsələləri 
Əsas elmi nəticələri Şöbədə abidələrin dilinin kompüter tədqiqi ilə əlaqədar «Kitabi-Dədə Qorqud» dastanlarının və Məhəmməd Füzulinin Azərbaycan dilində olan nəzm əsərlərinin statistik təhlili aparılmışdır. Şöbə əməkdaşları AMEA Kibernetika və İnformasiya Texnologiyaları İnstitutları ilə birgə elmi tədqiqatlar aparmış, azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca maşın tərcüməsi sisteminin hazırlanması sahəsində işlər görmüşlər.