Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Uzunömürlülüyün fiziologiyası laboratoriyası

Uzunömürlülüyün fiziologiyası laboratoriyası
Tel. (+994 12) 4323935, моб.: (+994 50) 3145036
Faks (+994 12) 4326768 
Elektron poçtu kasumov48@mail.ru 
Struktur bölmənin rəhbəri Qasımov Çingiz Yusif oğlu
Biologiya üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri 

Azərbaycanın müxtəlif coğrafi zonalarında yaşayan uzunömürlülərin fizioloji durumunun elekroensefalik, psixofizioloji və elektrokardioqrafik qiymətləndirilməsi, endemik patologiyaların aşkarlanması, qanın biokimyəvi analizi.

Əsas elmi nəticələri

Apşeron yarımadasında və Cənub bölgəsində aparılan tədqiqatlar göstərdi ki, uzunömürlülük fenomeni üçün ekoloji faktorların rolu əhəmiyyətli dərəcədə böyükdür. Apşeronun sahil yanı, dağlıq zonalarında yaşayan uzunömürlülər 100 yaşa çatmır, sağlamlıq durumuna görə isə Cənub bölgəsinin uzunömürlülərindən fərqlənir. Belə nəticəyə gəlinir ki, Apşeron uzunömürlülk üçün qeyri əlverişli hesab oluna bilər. Cənub bölgəsinin Astara, Lənkəran, Lerik rayonlarında yaşayan uzunömürlülərin sağlamlıq durumu yaşayış məskəninə görə (dağlıq , dağətətyi və sahilyanı) fərqlənir. Hər 3 rayonda tədqiq olunan uzunömürlülərin arasında kişilər, digər tədqiq olunmuş bölgələrlə müqayisədə sayca daha çoxdur. Lerik rayonunda yaşı 100-ü ötmüş uzunömürlülər 1600 metr yüksəklikdə qeydə alınır.