Tel. | (+994 12) 5394052, (+994 50) 6140335 | |
Faks | (+994 12) 4975285 | |
Elektron poçtu | ad_aliyev@mail.ru |
|
Struktur bölmənin rəhbəri | Əliyev Adil Abas Əli oğlu geologiya-mineralogiya elmləri doktoru, professor |
|
İşçilərin ümumi sayı | 13 | |
Əsas fəaliyyət istiqamətləri | Palçıq vulkanizmi, dərində yatan çöküntülərin karbohidrogen perspektivliyi, alternativ-yanacaq enerji resursları | |
Əsas elmi nəticələri | 1. Palçıq vulkanizminin əmələgəlməsi, inkişafı və təzahürü kaynozoyda baş verən proseslərlə əlaqəsi elmi təsdiq edilmişdir;
2. Palçıq vulkanlarının yayıldığı ərazilərdə dərin gömülmüş neft-qaz yataqlarının geokimyəvi axtarış metodu və kəşfiyyat strukturlarında sönmüş sualtı palçıq vulkanlarının xəritəyəalma üsulu işlənmiş və tədbiq olunmuşdur; 3. Palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsi və seysmiklik ilə əlaqəsi aşkar olunmuşdur (qazhidrogeokimyəvi göstəricilərə görə); 4. Palçıq vulkanlarının və onların təzahürlərinin submeridional regional qırılmalar və en dairəsi istiqamətli antiklinal zonalar boyunca məkanca paylanma qanunauyğunluqları müəyyən edilmişdir; 5. Dünyada alternativ yanacaq-enerji resursları kimi geniş istifadə olunan (45 növ yanacaq, tibbi, tikinti, kənd təsərrüfatı və s. məhsul alınır) yanar şistlərin Azərbaycanda ilk dəfə olaraq geoloji-geokimyəvi tədqiqi aparılmış, onların proqnoz ehtiyatları hesablanmış və təcrübi əhəmiyyətli yataq və təzahürləri müəyyənləşdirilmişdir. 6. İlk dəfə olaraq Azərbaycanın yanar şistlərinin və təbii bitumlarının 1:1 000 000 miqyasında xəritəsi hazırlanmışdır; 7. İlk dəfə olaraq, Azərbaycanın palçıq vulkanı tullantılarında piritin izotop-geokimyəvi analizi aparılmış, δ34S izotopunun miqdarı ilə vulkan sularında sulfatlı kükürdün genetic əlaqəsi və piritin δ34S izotopunun paylanmasında məkan zonallığı müəyyən edilmişdir. |