Tel. | (+994 12) 5390534 | |
Faks | ||
Elektron poçtu | agrochemlab@tai.science.az,goshgarmm@day.az | |
Struktur bölmənin rəhbəri | Məmmədov Qoşqar Məhərrəm oğlu
Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Torpaq-aqrokimyəvi tədqiqatlarda müasir analiz üsul¬larının araşdırılması və tədbiqi, onların təhlilinin aparılması, elmi-texniki layihələrinin metodiki təminatı və icrası. Müxtəlif aqrosenozlar altında torpaqların aqrokimyəvi və aqrofiziki xüsusiyyətlərin tədqiqi | |
Əsas elmi nəticələri | Laboratoriya 2013-cü ilin dekabrında yaranmışdır. Hal-hazırda torpaq aqrokimyəvi tədqiqatların aparılması üçün müasir analitik cihazlar alınmışdır. Laboratorıya əməkdaşları tərəfindən atom-absorb¬sion spektroskopiya (Contr AA-700, Analytic-Jena) metodu və digər müasir analitik metodlar öyrənilir. Bu metodlardan istifadə edilməklə müxtəlif aqrosenozlarda torpaq münbitliyinin dəyişməsi, bərpası və yüksəldilməsi üzrə müvafiq metodlar işlənib hazırlanır. Respublikamızın quru subtropik zonalarında yayılmış Allüvial çəmən-meşə suvarılan çəmən-qəhvəyi və boz-qonur torpaqların münbitlik səviyyəsi təyin edilmiş, müxtəlif aqrosenozlarda o cümlədən tərəvəz və meyvə bitkiləri altında müxtəlif gübrələnmə sisteminin effektivliyi müəyyənləşdirilmişdir. Laboratoriyada doktorantura və dissertantura yolu ilə yüksək ixtisaslı kadrlar hazırlanır. |