Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Radioekologiya laboratoriyası

Radioekologiya laboratoriyası
Tel. (99412) 5382957
Faks (99412) 5398318
Elektron poçtu hfamil@mail.ru
Struktur bölmənin rəhbəri f.r.e.n., dos. Hümbətov Famil Yusif oğlu
İşçilərin ümumi sayı 14
Əsas fəaliyyət istiqamətləri 

-Azərbaycanın su və torqaq ekosistemlərində Uran-Torium-Radium izotoplarının paylanması və ekoloji həssas zonalarda onlarla əlaqəli ağır metallar və polisiklik birləşmələr üzrə tədqiqatların icrası və məlumat bazalarının hazırlanması

-Neft istehsalı sahələrində ətraf mühitin radionuklidlər, ağır metallar, toksiki elementlər və ümmi üzvi karbohidrogenlərlə çirklənməsinin tədqiqi;

-Xəzər dənizinin Azərbaycan sektorunda  su və dib çöküntüsü  mühitlərində radionuklidlərin, metalların, və üzvi çirkləndiricilərin tədqiqi;

-Azərbaycanın çay hövzələrində təbii və antropogen mənşəli çirkləndiricilər və onların yaratdığı risklərin tədqiqi; - Ətraf mühitdə stress amillərinin bioloji obyektlərə təsirinin tədqiqi.

Əsas elmi nəticələri

1.Neft istehsalı və onunla əlaqəli sahələrdə radionuklidlərin, ağır metalların, toksiki elementlərin və ümmi üzvi karbohidrogenlərin qiymətləndirilməsi həyata keçirilmiş və tədqiqat ərazilərində qaynar nöqtələr aşkar edilmişdir. Ra228 və Ra226 izotopları üçün müəyyən edilmiş aktivliklərdən istifadə edərək lay sularının formalaşdırdığı neft sənayesi göllərinin yaşı müəyyən edilmişdir.

2.Xəzər dənizinin Azərbaycan sektorunda su və dib çöküntüsü mühitlərində radionuklidlər, metallar, və üzvi çirkləndiricilər tədqiq edilmiş, alınmış nəticələr əsasında  Geoyığılma İndeksi (Igeo.), Çirklənmə Faktoru  (CF), Zənginləşmə Faktoru  (EF), Ekoloji Risk Faktoru (Er), Çirklənmə Dərəcəsi (DC), Çirklənmə Yük İndeksi (PLI), Ekoloji Risk İndeksi (RI) hesablanmışdır. Tədqiqat ərazisində antropogenik zənginləşmə və orta dərəcədə çirklənmə olmasına baxmayaraq , potensial ekoloji riskin aşağı səviyyədə olduğu aşkar edilmişdir.

3.Transsərhəd çayları boyunca götürülmüş  su, dib çöküntüsü və torpaq nümunələri radionuklidlərin, ağır metalların və pestisidlərin konsentrasiyasının təyini üçün tədqiq olunmuş və  onların yaratdığı risklər qiymətləndirilmişdir. Təbii, antropogen təsirlər və mövsüm dəyişikliyi nəticəsində su keyfiyyətində baş verən dəyişikliklərin radionuklidlərin və ağır metalların akkumiliyasiyasiyasını artıra biləcəyi müəyyən edilmişdir. Transsərhəd çayları ekosistemlərində pestisidlərin tədqiqi nəticəsində ərazilərdə daha çox DDT və onun izomerləri, a-BHC, b-BHC, d-BHC, Dieldrin, endosulfan II və endosulfan sulfat izomerlərinin olduğu müəyyən edilmişdir.

4.Azərbaycanın Şimal çaylarından və Böyük Qafqazın cənub yamacında yerləşən çaylardan götürülmüş su, dib çöküntüsü və ətraf ərazilərdən götürülmüş torpaq nümunələri radionuklidlərə və element tərkibinə görə tədqiq olunaraq çirklənmə dərəcələri müəyyən edilmişdir. Qeyd olunan çaylar üçün su keyfiyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir.

5.Kiçik Qafqaz çayları ekosistemlərində təbii və antropogen mənşəli çirklənmələr və onların yaratdığı risklər qiymətləndirilmişdir. Tədqiqat nəticələri və hesablama məlumatları əsasında çay hövzələrində baş verən təbii və antropogen mənşəli dəyişirikliklərin su keyfiyyətinə təsiri öyrənilmişdir.

6.İşğaldan azad olunmuş ərazilərdə radioekoloji vəziyyətin ilkin qiymətləndirilməsi və radiasiya fonu ölçmələri həyata keçirilib. Ərazidə mövcud olan su mənbələrinin tədqiqi nəticəsində Ermənistan Respublikasının ərazisindən gələrək Azərbaycanın Zəngilan rayonu ərazisinə daxil olan Oxçuçayda konsentrasiyanın Mn elementi üzrə 1.7-1.8 dəfə, Al elementi üzrə 3.1-3.6 dəfə, Fe elementi üzrə 6-7.5 dəfə icazə verilən hədd qiymətlərindən yüksək olduğu aşkar edilmişdir. Əkinə yararlı torpaqlarda pestisidlər qiymətləndirilmiş və istifadəsi qadağan olunmuş DDT və onun izomerlərinin konsentrasiyalarının digər komponentlərə nisbətən üstünlük təşkil etdiyi müəyyən edilmişdir.

7.Bioloji obyektlərdə paramaqnit mərkəzlər tədqiq edilmiş və müxtəlif stress amillərinin (temperatur, rütubət, şüalanma və s.) onlarda maqnit xassələrinin yaranmasına səbəb olduğu aşkar edilmişdir.