Tel. | (+994 55) 7185264, (+994 12) 5108591 |
|
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_6@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | Mirsəlim Mirələm oğlu Əsədov
Kimya elmləri doktoru, professor, böyük elmi işçi |
|
İşçilərin ümumi sayı | 15 | |
Əsas fəaliyyət istiqamətləri | Tərkibində mikro- və nanohissəciklər saxlayan çoxkomponentli qeyri-üzvi sistemlərdə fiziki-kimyəvi hadisələrin tədqiqi, kadmium-tellur və qallium-selen birləşmələri əsasında perspektiv funksional materialların alınma texnologiyasının inkişaf etdirilməsi. | |
Əsas elmi nəticələri | Çoxkomponentli heterogen sistemlərdə, o cümlədən tərkibində əhəmiyyətli qeyri-üzvi və üzvi maddələr saxlayan sistemlərdə, faza tarazlığının topoloji qanunauyğunluqlarını müəyyən etmək üçün nəzəri və hesablama üsulları işlənib hazırlanmışdır. Vacib mürəkkəb tərkibli yarımkeçirici sistemlərdə fiziki və fiziki-kimyəvi parametrlərin tədqiqi, modelləşdirilməsi və hesablanması aparılmışdır. Təbii qaz-maye sistemində aşağı temperaturlarda gedən kristallaşma prosesinin termodinamikası və kinetik parametrləri hesablanmışdır. |