Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Metal-üzvi birləşmələr əsasında nano-katalizatorlar laboratoriyası

Metal-üzvi birləşmələr əsasında nano-katalizatorlar laboratoriyası
Tel. (+994 50) 3272196,(+994 12) 5108591
Faks (+994 12) 5107442  
Elektron poçtu laboratory_2@kqki.science.az
Struktur bölmənin rəhbəri  
İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri  Keçid elementlərinin metal-üzvi və metal­karbonil birləşmələrinin sintezi, onların əsasında   nanostrukturlaşdırılmış katalizator­ların alınması və karbohidrogenlərin çevrilmələrində  tətbiqi. 
Əsas elmi nəticələri Bir sıra keçid və nadir torpaq elementli,  üzvi və metal-karbonil liqandlı yeni sinif koordinasion  və metal üzvi birləşmələrin sintez metodları işlənib hazırlanmış, quruluşla xassə arasında asılılıqlar müəyyən edilərək, birləşmələrdəki metal atomlarının və onlarla əlaqədə olan liqandların təbiətlərinin öncə, onların reaksiyayagirmə qabiliyyətlərinə, sonra isə katalitik, antidetanasion xassələrinə təsiri müəyyən edilməklə yeni elmi istiqamət formalaşdırılaraq inkişaf etdirilmişdir.  Ferrosen və simantren  əsaslı birləşmələrin bəzilərindən mühərrik   yanacaqlarında tetraetilqurğuşunu (TEQ) əvəz edə bilən  ekoloji təmiz oktan-qaldırıcı qatqı kompozisiyaların  alınmasında, polimer daşıyıcılarından istifadə etməklə isə yüksək effektli foto-həssas   kompozit materialların  hazırlanmasında istifadə edilmişdir. Bunlardan Respublikanın kimya və neft-kimya məhsulları əsasında alkilferrosen əsaslı “Kriskat” qatqı kompozisiyasının alınma texnologiyası işlənib hazırlanmışdır. Bu kompozisiyanın kütləvi istehsalı üçün layihə sənədləri hazırlanmış, fazalar arası kataliz şəraitində alınmış metalkarbinol birləşmələrindən Fe–Mn(Fe-Co) və əsaslı katalitik sistemlərdən istifadə etməklə merkaptanlı neft məhsullarının 20-600C demerkaptanizasiyasını həyata keçirmək mümkün olmuşdur. Z-forminq və yüksək qaynama temperaturlu oksigenli üzvi birləşmələrin sintez-qazdan alınması prosesləri üçün Zn–Mo əsaslı daha aktiv və selektiv katalitik sistemlər işlənib hazırlanmışdır.