Tel. | (+994 12) 5389389 | |
Faks | ||
Elektron poçtu |
ulya.has@mail.ru |
|
Struktur bölmənin rəhbəri |
tarix elmləri doktoru |
|
İşçilərin ümumi sayı | 7 | |
Əsas fəaliyyət istiqamətləri |
1.Azərbaycan ərazisində daş dövrü abidələrinin arxeoloji tədqiqi. Dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrində aparılan arxeoloji tədqiqatlar zamanı quruçay, qədim aşel, orta aşel, son aşel, üst paleolit, arxeoloji mədəniyyətlərinə aid 1 milyondan artıq fauna qalıqları və daş məmulatı tapılmışdır. Azıx paleolit düşərgəsi dünyada hələlik yeganə paleolit düşərgəsidir ki, burada ibtidai insanların məskunlaşma tarixinin 2,5 milyon ildən başlayıb son 15 min illərə qədərki keçdiyi inkişaf mərhələlərini tədqiq etmək mümkün olmuşdur. 2001-2005-ci illərdə Ə.Q.Cəfərovun rəhbərliyi altında Avropa alimləri ilə aparılmış Beynəlxalq “İNTAS-2000” proqramı əsasında ibtidai insanların miqrasiya prosesləri öyrənilmiş və arxeoloji mədəniyyətlərin ayrı-ayrı xüsusiyyətləri tədqiq olunmuşdur. Qarabağın Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 10 mindən artıq daş məmulatı və 100 minlərlə ovlanmış heyvan sümükləri tapılmışdır. Həmin düşərgənin tapıntıları əsasında əmək alətlərinin texniki-tipoloji xüsusiyyətləri tədqiq olunur. Naxçıvanda Qazma paleolit düşərgəsi qeydə alınmış və tədqiq olunmuşdur. Lerik rayonu ərazisində qeydə alınmış Buzeyir və Zuvandçay paleolit düşərgələrindən tapılmış maddi mədəniyyət qalıqları tədqiq olunur. 2. Qobustan abidələrinin arxeoloji tədqiqi |
|
Əsas elmi nəticələri |
1.Aparılan arxeoloji tədqiqatlar nəticəsində respublikamızın ərazisində 8 mağara düşərgəsi və 20-dən artıq açıq paleolit abidələr qeydə alınmışdır. Daş dövrünə aid 8 monoqrafiya, 8 kitab və yüzlərlə elmi məqalələr çap olunmuşdur. 2.Qobustan ərazisində üst paleolit, mezolit, neolit, tunc və orta əsrlərə aid abidələri öyrənilmişdir. |