Tel. | (+994 12) 5108419 | |
Faks | ||
Elektron poçtu |
hidayetjafarov1946@gmail.com |
|
Struktur bölmənin rəhbəri | Hidayət Fərrux oğlu Cəfərov | |
İşçilərin ümumi sayı | 10 | |
Əsas fəaliyyət istiqamətləri | Azərbaycan ərazisində e.ə. IV minilliyin ikinci yarısı-e.I minilliyin əvvələrini əhatə edən tunc və erkən dəmir dövrü arxeoloji abidələrinin aşkar olunması, sistemləşdirilməsi, emprik çöl-tədqiqatları aparılması, toplanmış faktlar əsasında ibtidai-icma quruluşunun bir sira məsələlərinin nəzəri baxımdan araşdırılması şöbənin əsas fəaliyyət istiqamətini təşkil edir. Tədqiqatlarda diqqət mərkəzində Kür-Araz İlk Tunc dövü, Üzərlik təpə Orta Tunc dövrü, habelə Son Tunc - Erkən Dəmir dövrünün Xocalı -Gədəbəy, Talış - Muğan, Naxcıvan arxeoloji mədəniyyətlərinin daşıyıcısı olmuş etnik - mədəni birliklərinin həyatınının müxtəlif problemlərinin işıqlandırılması və s. məsələlər durur. | |
Əsas elmi nəticələri |
Aparılmış sistemli və kompleks tədqiqatlarla e.ə. IV minilliyin ikinci yarısından başlayaraq yerli əhalinin sosial-iqtisadi, ictimai-siyasi, mədəni hayatında əsaslı dəyişikliklərin baş verməsi prosesləri izlənilmişdir. Buraya İlk Tunc dövründə patriarxal münasibətlərin formalaşması, ilkin böyuk ictimai əmək bölgüsnün baş verməsi, social və əmlak bərabərsizliyinin təşəkkülü; Orta Tunc dövründə ikinci böyük ictimai əmək bölgüsünü təsbiti, ilkin – proto şəhər sivilizasiyasının təşəkkülü, sinifli cəmiyyəyin ilkin rüşeymlərinin möhkəmlənməsi; Son Tunc dövründə sadalanan proseslərin dərinləşməsi, cəmiyyətin “hərbi demokratiya” deyilən mərhələyə-sinifli cəmiyyətə keçidinin sürətlənməsi kimi elmi nəticələrin əldə olunması, hərbi işin genış vüsət alması səbəbləri, ətraf aləmlə iqtisadi-mədəni əlaqələrin və s. araşdırılması kimi məsələlər daxildir. Deyilənlər çoxsaylı məqalələrdə, monoqrafik əsərlərdə geniş işıqlandırılmışdır. |