Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Azərbaycanın orta əsrlər tarixi şöbəsi

Azərbaycanın orta əsrlər tarixi şöbəsi
Tel. (+994 12) 5393615 
Faks  
Elektron poçtu

ymahmudov@mail.ru 

Struktur bölmənin rəhbəri Akademik Yaqub Mikayıl oğlu Mahmudov 
İşçilərin ümumi sayı 24 
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanın orta əsrlər dövrü tarixini, bu dövrdə fəaliyyət göstərmiş dövlətlərimizin sosial-iqtisadi və siyasi tarixini, həmin dövrün diplomatiya tarixini, mədəniyyətini mötəbər mənbə­lər və arxiv sənədləri əsasında araşdırmaqdır.  
Əsas elmi nəticələri Azərbaycanın orta əsrlər tarixi, bu dövrdə fəaliyyət göstərmiş dövlətlərimizin (Şirvan­şahlar, Sacilər, salarilər, Şəddadilər, Rəv­vadilər, Tiflis müsəlman əmirliyi, Eldəniz­lər, Hülakulər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi imperiyaları) sosial-iqtisadi və siyasi tarixi araşdırılmış,  bu dövrdə Ümumi Şərq mədəniy­yətinin tərkib hissəsi olan  Azər­baycan mədəniyyətinin intibah dövrünü yaşadığı və dünya mədəniyyətinə mühüm töhfələr verdiyi ortaya qoyulmuşdur.