Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyası

Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyası
Tel. (+994 12) 5392776
Faks (+994 12) 5392826
Elektron poçtu lab4.3@isi.az
Struktur bölmənin rəhbəri iqtisad elmləri doktoru, prof. Həsənli Yadulla Həmdulla oğlu   
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri  Ölkənin sosial-iqdisadi inkişafı və onun dünya iqtisadiyyatına inteqrasiyası proseslərini təhlili və proqnozlaşdırılması ücün balans, ekonometrik, optimallaşdırma və digər riyazi metodlarla modellərin işlənilməsi
Əsas elmi nəticələri

1.Qarşılıqlı borc problemi tədqiq edilərək məsələnin həllinin iqtisasdi-riyazi üsulu ("Kredit təkanı” və "İmtina təkanı”) işlənmiş və onun alqoritmləri verilmişdir. C.M .Keyns nəzəriyyəsi əsasında borc ləğvinin multiplikatoru anlayışı daxil edilərək və onun Azərbaycan iqtisadiyyatı timsalında qiyməti hesablanaraq şərhlər verilmişdir;

2.Təbii sərvətlərlə zəngin olan ölkələrin iqtisadi inkişaf dinamikası K.Marksın təkrar istehsal sxemilə araşdırılmış və inkişaf xüsusiyyətləri müəyyənləşdirilmişdir. Əsaslandırılmışdır ki, ölkələrin qeyri-tarazlı inkişaf meyli (maliyyə böhranı və s.) təbii sərvətlərin istismarı nəticəsində artıq dəyər və ya artıq pulun yaradılması ilə əlaqədardır;

3.Azərbaycanın sosial və iqtisadi inkişafının makro ekonometrik modelini işlənmiş və əsas makroiqtisadi göstəriciləri proqnozlaşdırılmışdır;

4.Azərbaycan iqtisadiyyatının sahələrarası əlaqələrinin "Xərclər-buraxılış” modeli, tarazlı qiymətlər modeli, əmək ehtiyatlarının balans modeli, əsas fondların balans modeli tərtib olunaraq müvafiq simulyasiyalar aparılmışdır;

5.Vergi ödəyicilərinin əsas göstəricilərinin paylanma qanunları müəyyənləşdirilərək vergidən yayınma riskləri qiymətləndirilmişdir;

6.Ekonometrik modelləşdirmə üsulu ilə günəş aktivliyinin ölkənin demoqrafik və iqtisadi göstəricilərinə təsiri müəyyənləşdirilmişdir;

7.Ölkələrarası qarşılıqlı borcların effektiv ödənilməsi və ya bağışlanması alqoritmləri bank faizləri nəzərə alınmaqla işlənmiş və Delphi proqramlaşdırma dilində avtomatlaşdırılaraq tətbiqi proqram paketi yaradılmışdır;

8.Ölkələrarası borcların tarazlı qiymətlər indeksi işlənmişdir. Bu indeksin aldığı qiymətdən asılı olaraq vəziyyətin tarazlı inkişafı, real və maliyyə sektorların böhrana meyillik səviyyələri müəyyənləşdirilə bilər;

9.Ekonometrik modelləşdirmə üsulu ilə müəyyən edilmişdir ki, neft ehtiyatlarının istismarının və neft qiymətlərinin artması dünya üzrə borcları, xüsusi ilə vaxtı keçmiş xarici borcların həcmini artırır. Nəticədə maliyyə-iqtisadi böhranın yaranmasını stimullaşdırır.