Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Füzulişünaslıq sektoru

Füzulişünaslıq sektoru
Tel. (+994 51) 5393454 
Faks  
Elektron poçtu mahirahamid@mail.ru 
Struktur bölmənin rəhbəri

Ataəmi Bala Baba oğlu Mirzəyev

Filologiya elmləri doktoru
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

Füzuli yaradıcılığı dövrümüzün tanınmış alimləri tərəfindən həm ideya, həm də bədii gözəlliyi baxımından yetərincə tədqiq edilmiş, Füzulinin sözə zərgər dəqiqliyi ilə yanaşması öyrənilmiş, eyni zamanda onun özündən sonrakı klassik dönəm ədəbiyyatına təsiri də yetərincə işıq üzü görmüşdür.

Sovet dönəmində Azərbaycan klassiklərinin, o cümlədən Füzulinin bədii irsinin öyrənilməsi, nəşri sahəsində çox işlər görülüb. Bunlar inkar edilməz həqiqətdir. Lakin bununla belə yaradıcılığı Şərq nəzəri sistemi- üstündə qurulan Füzulinin bədiiyyat bəlağəti, söz sənəti Qurandan qaynaqlanan bəlağət möcüzəsi əsaslandığı, məxəzləndiyi, nəzəriyyə üstündə deyil, əsasən Yunan-Avropa poetik sisteminin qəlibləri çərçivəsində tədqiq edilmişdir.

Müxtəlif yönlərdən öyrənilən Füzuli yaradıcılığının tədqiqinə bu gün də ehtiyac duyulur. Çünki Füzuli yaradıcılığının bəlağəti, dilinin fəsahəti, aforizmi, nəsihətamiz-ibrətamiz hikməti Qurani Kərimdən qaynaqlanıb.

Xüsusilə, Azərbaycan ədəbiyyatının tarixi dövrləşməsi konsepsiyasının yeni layihəsinə əsasən ədəbiyyatın bütün dönəmlərinə xüsusən, Orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Füzuli yaradıcılığına müstəqillik dönəmində yeni baxış zəruridir. 
Əsas elmi nəticələri