Tel. | (+994 12) 538 49 65 | |
Faks | ||
Elektron poçtu | metbuat_tarixi@mail.ru | |
Struktur bölmənin rəhbəri |
filologiya elmləri doktoru, professor |
|
İşçilərin ümumi sayı | 8 | |
Əsas fəaliyyət istiqamətləri |
Şöbədə “Molla Nəsrəddin” ensiklopediyası” hazırlanmışdır. “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Bəhlul” mətbuat orqanları müasir qrafikaya transfoneliterasiya edilmişdir. “İstiqlal” qəzeti və gizli istiqlalçılar”, “Ədəbiyyat qəzeti” və ədəbi-mədəni mühit”, “Azərbaycan” jurnalında publisistika məsələləri”, Hacı İbrahim Qasımov və “Bəsirət” qəzeti, Əhməd bəy Ağaoğlu və Türkiyə mətbuatı, “Gənclik” jurnalında publisistika məsələləri mövzularında tədqiqat işləri aparılmışdır. “Mətbuat tarixi və publisistika məsələləri” (I, 2016; II, 2020) toplusu tərtib edilmişdir. Həmçinin, Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı məsələləri”, Rauf Sadıxovun “Sənətin izi ilə”, Elçin Mehrəliyevin “Multikultural mühit və ədəbiyyat”, Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və milli-ədəbi dəyərlər” monoqrafiyaları çap olunmuşdur. “Arı”, “Mirat”, “Kəlniyət” jurnallarının transfoneliterasiyası və biblioqrafiyası üzərində iş aparılır. |
|
Əsas elmi nəticələri |
Mətbuat tarixi və publisistika məsələləri, I c. Bakı, Ozan, 2016, 184 səh.; II c. Bakı, Ecoprint, 2020, 168 səh. “Ziyayi-Qafqaziyyə” qəzetinin tam mətni müasir əlifbaya transfoneliterasiya edilmişdir. Həcmi 54 çap vərəqi. “Molla Nəsrəddin” ensiklopediyası”. Bakı, Elm, 2020, 466 səh. Vüqar Əhməd. Azərbaycan uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı məsələləri. Bakı, 2021, 112 səh. Elçin Mehrəliyev. Multikultural mühit və ədəbiyyat. Bakı, Ecoprint, 2020, 304 səh. Rauf Sadıxov. Sənətin izi ilə. Bakı, Elm və təhsil, 2020, 542 səh. Gülbəniz Babayeva. “Molla Nəsrəddin” jurnalı və milli-ədəbi dəyərlər. Bakı, “Elm və təhsil”, 2020, 416 səh. Gülnar Səma. Sözümüz sözdür. Bakı, Elm və təhsil, 2019, 352 səh. |