Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.03.2019 14:31
  • A-
  • A
  • A+

Akademik Nərgiz Paşayeva Moskva Dövlət Universitetində keçirilən "Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi" forumunda plenar məruzə ilə çıxış edib

Akademik Nərgiz Paşayeva Moskva Dövlət Universitetində keçirilən "Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi" forumunda plenar məruzə ilə çıxış edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva martın 25-də MDU-nun əsas binasında keçirilən "Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi" beynəlxalq forumunda plenar məruzə ilə çıxış edib. 

Tədbir böyük çağırışlar əsrində universitetlərin qlobal elm, təhsil, texnoloji və humanitar məkanlara uyğunluğunda keçmiş, indiki və gələcək roluna həsr olunub.

Forumda qabaqcıl yerli və xarici universitetlərin rektorları və prezidentləri, elmi təşkilatların, akademik dairələrin, dövlət orqanlarının nümayəndələri, tanınmış alimlər və ictimai xadimlər, ümumilikdə 1,5 min iştirakçı və qonaq iştirak edib.

Tədbirdə Rusiya Federasiyası prezidentinin köməkçisi Andrey Fursenko forumun iştirakçılarına prezident Vladimir Putinin təbrik məktubunu oxuyub. Forumu MDU-nun rektoru, akademik Viktor Sadovniç fundamental məruzə ilə açıb...

  • Paylaş: