AMEA-nın Botanika İnstitutunda 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.
COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.
"Botanika", "Bitki fiziologiyası","Mikologiya", "Ətraf mühitin mühafizəsi" və "Bioloji monitorinq" ixtisasları üzrə təhsil alan birinci kurs magistrantlar Böyrək Kərimli, Ləman Babayeva, Ülkər Alıyeva, Nihal Mustafayeva, Aytac Muradova və Aytən Əliyeva "Biomüxtəliflik və onun mühafizəsi", "Ali bitkilərin morfologiyası", "Bitki molekulyar biologiyası", "Bitki fiziologiyasının tədqiqat metodları", "Ekologiyada riyazi modelləşdirilmə", "Kənd təsərrüfatı və meşə mikologiyası", "Göbələklərin genetikası" və digər fənlərdən son ixtisas imtahanlarını verərək, yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurublar.
Cavablar fənn müəllimləri - AMEA-nın müxbir üzvü Pənah Muradov, biologiya elmləri doktorları Vahid Fərzəliyev, Dilzarə Ağayeva, Könül Baxşəliyeva, professor Nəriman İsmayılov, biologiya üzrə fəlsəfə doktorı Pərvanə Qaraxani, Rəşad Allahverdiyev, Şəkər Muxtarova, Esmira Əlirzayeva, Ələddin Qədimov, Fərid Seyfullayev tərəfindən qiymətləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.