Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

3 əsrlik erməni təcavüzü
19.12.2020 17:06
  • A-
  • A
  • A+

3 əsrlik erməni təcavüzü

Tarix boyu Azərbaycan torpaqları yadelli işğalına məruz qalıb. Zaman-zaman yağı düşmən Azərbaycan ərazisinə köçürülüb, ermənilərin ilk köçürülməsi isə 1724-cü ildən başlayıb. 19-cu əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycan ərazisinə İrandan 40 min, Türkiyədən isə 90 minə yaxın erməni köçürülüb. Onların bir çoxu Naxçıvan və İrəvan xanlığı ərazisində, bir hissəsi isə Qarabağda məskunlaşıb.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyevin sözlərinə görə, özlərinə tədricən yer edən ermənilər onları himayə edənlərin göstərişi ilə əvvəlcə Azərbaycan əhalisini sıxışdırmağa başladı, daha sonra açıq-aşkar etnik təmizləmə siyasəti yürütdülər: “Bunun nəticəsində 20-ci əsrin əvvəllərində 9.8 min kv km ərazi və İrəvan şəhəri onlara verildi, həmin ərazidə onlar Ermənistan dövləti yaratdılar”.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: