Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.01.2021 14:45
  • A-
  • A
  • A+

AMEA-nın magistraturasında qış imtahan sessiyası başlayıb

AMEA-nın magistraturasında qış imtahan sessiyası başlayıb

AMEA prezidentinin sərəncamına uyğun olaraq, akademiyanın müvafiq elmi müəssisələrində 2020/2021-ci tədris ili üzrə magistrantların qış imtahan sessiyası keçirilir.

Müəyyən olunmuş qrafikə əsasən, 5 yanvar 2021-ci il tarixində Fizika, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Botanika, Geologiya və Geofizika, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Fəlsəfə və Sosiologiya, Tarix, İqtisadiyyat, Coğrafiya institutlarında və Şamaxı Astrofizika Rəsədxanasında təhsil alan I və II kurs magistrantlardan onlayn formada imtahanlar qəbul olunub.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin və müvafiq institutların Təhsil şöbələrinin əməkdaşlarının da iştirak etdiyi imtahanlar uğurla keçib.

Qeyd edək ki, AMEA-nın magistraturasında qış imtahan sessiyası cari ilin fevral ayının 2-də başa çatacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: