Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.01.2021 17:30
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədov Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti seçilib

Akademik Qərib Məmmədov Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti seçilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru v.i.e., akademik Qərib Məmmədov həmsədri olduğu və 2021-2023-cü illərdə Azərbaycanın ev sahibliyi edəcəyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasına prezident seçilib.

Federasiyanın Gənclər Bölməsinin prezidenti isə TAİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev təyin edilib.

Qeyd edək ki, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyası 2012-ci ildə Azərbaycan, Türkiyə, Rusiya və Qazaxıstanın torpaqşünas alimlərinin təşəbbüsü ilə yaradılıb. 2016-cı ildən Rumıniya, Qırğızıstan, Bosniya-Herseqovina və Serbiyanın Torpaqşünaslıq Cəmiyyətləri də bu təşkilata qoşulub.

Hər 3 ildən bir federasiyanın rəhbərliyi əməkdaşı olan ölkələrdən birinə həvalə edilir. Federasiyanın əsas məqsədi torpaqların dinamik hissəsi haqqında məlumatları bölüşmək, torpaq münbitliyinin formalaşması, torpaq ehtiyatları və onların səmərəli istifadəsi, torpaqların ekoloji qiymətləndirilməsi, ekoloji çirklənmə, eroziya  və s. mövzular da torpaqşünas alimlər arasında körpü yaratmaq və yaranan problemlərin həll yollarının müəyyənləşdirilməsini təmin etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: