Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan layihələr neft mədənlərində uğurla icra edilir
14.01.2021 12:30
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan layihələr neft mədənlərində uğurla icra edilir

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun SOCAR-la birgə layihələri davam edir. Bunlardan biri “Gücdən düşmüş neft mədənlərinin idarə edilməsi layihəsi”dir ki, hazırda tətbiqinə başlanılıb. İnstitutun laboratoriya müdiri, texnika üzrə elmlər doktoru Asif Rzayev müasir texnologiyalar əsasında hazırlanan layihənin böyük iqtisadi səmərə verəcəyini deyir. Laboratoriya müdiri müəssisə alimlərinin hazırladığı Nois texnologiyası əsasında yaradılan qurğunun idarə olunma prinsipindən də söz açıb.

Qeyd edək ki, İdarəetmə Sistemləri İnstitutu ilə SOCAR-ın ikinci böyük layihəsi olan "Qazma prosesində qəzaların erkən diaqnostika sistemi" də müzakirə mərhələsindədir. 

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: