Məlum olduğu kimi, Azərbaycan Qarabağda apardığı 44 günlük Vətən müharibəsi və uğurlu hərbi əməliyyatların nəticəsi olaraq öz torpaqlarını erməni hərbi birləşmələrinin işğalından azad etdi və ərazi bütövlüyü bərpa olundu. Hazırda işğaldan azad olunan ərazilərin bərpası, tikinti və quruculuq işləri, Qarabağda həyatın yenidən dirçəldilməsi mərhələsi başlayıb.
Ancaq Ermənistanda Azərbaycana qarşı revanşist şüarlar səsləndirilir, yenidən müharibə təbliğatı aparılmaqla qeyri-konstruktiv mövqe sərgilənir. Belə bir şəraitdə, bu sahədə Azərbaycanın həyata keçirdiyi sülh və inkişaf məqsədlərinə xidmət edən haqq işinin dünya elmi içtimaiyyətinə çatdırılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov dünyanın müxtəlif ölkələrindəki 100-ə yaxın xarici həmkarına, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatçılarına, iqtisadi araşdırma mərkəzlərinin rəhbərlərinə, tanınmış iqtisadçı-alimlərə müraciət ünvanlayıb.
N.İmanovun xarici ölkələrdəki həmkarlarına müraciət məktubu ilə bağlı İctimai Televiziyanın “Xəbərlər” proqramında süjet də yayımlanıb. Həmin süjeti buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.