Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də YT Parkın rezidentinin investisiya layihəsinə dair videosüjet yayımlanıb
29.07.2021 16:49
  • A-
  • A
  • A+

“Elm TV”də YT Parkın rezidentinin investisiya layihəsinə dair videosüjet yayımlanıb

“Elm TV”də AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “TAK NOOSH GROUP” MMC-nin kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsinə dair videosüjet yayımlanıb. 

Videosüjetdə bildirilib ki, yerli və xarici şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmağı hədəfləyən YT Park öz ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir.

YT Parkda icrası nəzərdə tutulan investisiya layihəsi haqqında məlumat verən “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian müəssisə tərəfindən müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisəsinin yaradılmasının, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalının planlaşdırıldığını vurğulayıb.

Qeyd olunub ki, layihənin icrası zamanı həm keyfiyyəti, həm də istehsal gücü yüksək olan Almaniya istehsalı avadanlıqlardan istifadə olunması planlaşdırılır. 

Süjetdə, həmçinin bildirilib ki, “TAK NOOSH GROUP” MMC-də uşaqlar üçün tam təbii, qoruyucu və qatqılardan istifadə olunmadan, zərərsiz yağlardan istifadə etməklə sağlamlığa zərər yetirməyən və ekoloji təmiz xüsusi kateqoriya üzrə kartof çipsi və frilərin hazırlanması nəzərdə tutulur.

Vurğulanıb ki, müəssisədə AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq məqsədilə ən əlverişli kartof növünün araşdırılması istiqamətində işlər görülür. Bununla yanaşı, layihə reallaşdırıldıqdan sonra yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

“Elm TV”də yayımlanmış videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: