Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.02.2022 16:23
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin “Biologiya” fakültəsinin bir qrup tələbəsi AMEA-nın Biofizika İnstitutunda təcrübəyə başlayıb.

Təcrübə prosesi AMEA-nın Biofizika İnstitutu ilə Bakı Dövlət Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə əsasən baş tutur.

İlk tanışlıq günündə tələbələrə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, institutun laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələri barədə geniş məlumat verilib.

İki ay davam edəcək təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış proqrama əsasən, müəssisənin elmi işçiləri ilə birgə tədqiqat aparacaq və öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı əldə edəcəklər.

Hazırda fakültənin 10 nəfərdən ibarət tələbə heyəti iki ayrı qrup şəklində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaların hər birində istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri ilə, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar.

Qeyd edək ki, təcrübə müddəti aprel ayının 19-da yekunlaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: