Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2015 09:49
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində elmi-tədqiqat işləri davam etdirilir

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində elmi-tədqiqat işləri davam etdirilir

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində yerinə yetirilən elmi-tədqiqat və təşkilati işlərlə yaxından tanış olmaq məqsədi ilə bu elmi müəssisənin direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev və institutun Həmkarlar təşkilatının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədov məntəqədə olublar.

İnstitutun təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçiriblər. İnstitut əməkdaşları tərəfindən bu ərazidə yem bitkilərinin bioloji xüsusiyyətləri, növü və becərmə üsulları öyrənilir, onların fiziki, kimyəvi və bioloji proseslərə təsiri tədqiq edilir. Mövzu planına uyğun Dayaq Məntəqəsində uzun müddət becərilən torpaqların münbitlik göstəriciləri müqayisə olunur, qarğıdalı bitkisi üzərində aparılmış təcrübələrdə torpaqda fosfor və kaliumun bitkiyə təsiri  öyrənilir. Həmçinin  yerli tullantılardan alınmış üzvi gübrələrin şəkər çuğunduru bitkisinin inkişafına, məhsuldarlığına və keyfiyyətinə təsiri tədqiq olunur.

Hazırda məntəqədə tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: