Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2022-ci il