Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.01.2023 10:10
  • A-
  • A
  • A+

“Kitabi-Dədə Qorqud” eposunun urdu dilində təqdimatı Pakistan mətbuatında

“Kitabi-Dədə Qorqud” eposunun urdu dilində təqdimatı Pakistan mətbuatında

Ötən ilin dekabr ayında urdu dilində nəşr olunan Kitabi-Dədə Qorqud” eposunun Azərbaycan alimlərinin iştirakı ilə Lahor şəhərində keçirilmiş təqdimat mərasimi Pakistan mətbuatında geniş işıqlandırılıb.

Qeyd edilib ki, Pakistan Ədəbiyyat Akademiyası tərəfindən çap edilmiş əsər Pəncab Qubernatorluğunun binasında təqdim edilib. Qubernator Balig Ur Rəhman kitab haqqında dəyərli fikirlər söyləyib və iki ölkə arasında elmi-ədəbi sahədə əlaqələrin genişləndirilməsini yüksək qiymətləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Kitabi-Dədə Qorqudun urdu dilində nəşr olunmasını iki ölkənin elmi-ədəbi əlaqələrində irəliyə doğru addım adlandırıb.

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk epos haqqında ətraflı bəhs edərək, Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbərlərdə Pəncab vilayətinin qubernatoru və Pakistan  Ədəbiyyat Akademiyasının prezidenti tərəfindən Azərbaycan və Pakistan arasında ədəbi əlaqələrin gücləndirilməsi istiqamətində xidmətlərinə görə akademik İsa Həbibbəyliyə Fəxri fərman təqdim edilməsi xüsusi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: