Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tarix Muzeyində I Qarabağ müharibəsi şəhidi Rövşən Camalovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
29.03.2023 17:05
  • A-
  • A
  • A+

Tarix Muzeyində I Qarabağ müharibəsi şəhidi Rövşən Camalovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

31 mart 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində I Qarabağ müharibəsi şəhidi Rövşən Camalovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə ilk dəfə olaraq, Rövşən Camalovun həyat və döyüş yolunu əks etdirən film təqdim olunacaq.

Tədbir zamanı qonaqlar muzeyin Sənədli mənbələr fondunda qorunan Rövşən Camalova məxsus materiallar ilə tanış olacaqlar.

Qeyd edək ki, hərbi əməliyyatlar zamanı qəhrəmanlıq göstərərək, şəhid olmuş Rövşən Camalov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: