Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.05.2023 14:00
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında faydalı əməkdaşlıq çərçivəsində elmi əlaqələrin inkişaf etdirilməsi niyyətilə, birgə fəaliyyətin təşkili istiqamətində iki elm və təhsil müəssisəsinin bərabərhüquqlu səylərini hüquqi müstəvidə birləşdirən Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq sənədini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli təsdiqləyib. Fırat Universitetinin rəsmi dəvəti ilə Elazığ şəhərində səfərdə olan, müvafiq əlaqələrin kordinatoru, filologiya elmləri doktoru, professor Asif Rüstəmli institut tərəfindən təsdiqlənmiş Anlaşma Memorandumunu imza üçün Fırat Universitetinin rektoru, Prof.Dr. Fahrettin Göktaşa təqdim edib.

Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə qalmaqla Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin birgə tədqiq edilməsi, mədəniyyətlərarası dialoqun təşkili, Türk xalqlarının folklorunun müştərək araşdırılması, beynəlxalq layihə və proqramların həyata keçirilməsində tərəflərin nümayəndələrinin müştərək iştirakının təmin edilməsi, razılaşdırılmış fəaliyyət çərçivəsində alim və mütəxəssislərin mübadiləsi, onların peşəkar bacarıqlarının təkmilləşdirilməsinin təmin edilməsi, elmi-tədqiqat institutuları, kitabxana və arxivlərdə tədqiqat işlərinin həyata keçirilməsinə şərait yaradılması, qarşılıqlı əhəmiyyət kəsb edən müştərək seminar, simpozium, elmi konfrans, toplantı və sərgilərin keçirilməsi və s. mühüm əhəmiyyət kəsb edən fəaliyyət istiqamətlərini özündə əks etdirir.

Türkiyə Cümhuriyyətinin Fırat Universitetində Anlaşma Memorandumunun imzalanma mərasimi təşkil edilib. Mərasimdə Universitetin rektoru, Prof.Dr. Fahrettin Göktaş, universitetin elmi işlər üzrə prorektoru, Prof.Dr. Soner Özgen, Humanitar və sosial elmlər fakültəsinin dekanı Prof.Dr. Əbdülhəlim Aydın, dekan köməkçisi Dos.Dr. Seda Arıkan, Çağdaş Türk ləhcələri və ədəbiyyatları şöbəsinin əməkdaşı, TÖMER-in müdiri, Dos.Dr. Süleyman Kaan Yalçın, tədqiqatçı, doktor Veysəl Qaraca, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən baş elmi işçi, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və başqaları iştirak ediblər.

Ədəbiyyat İnstitutunun təmsilçisi professor Asif Rüstəmli AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını Fırat Universitetinin rektoru, Prof.Dr. Fahrettin Göktaşa çatdırıb, əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: