Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.e.d., dosent Aydın Əsgərov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.
Alimlər sözügedən medala Azərbaycan Respublikası “Qırmızı Kitab”ının III nəşrinin hazırlanmasında göstərdikləri xidmətlərinə görə layiq görülüb. Medalı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.
Qeyd edək ki, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən 27 may 2022-ci il tarixli Qanunu ilə təsis edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.