Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Elmlər Akademiyasının (TÜBA) Baş Assambleyasında iştirak və çıxış edib.
Türkiyə Elmlər Akademiyası Baş Assambleyasının Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş açılış iclasını TÜBA-nın başqanı, professor Müzəffər Şəkər açıb. AMEA prezidenti, akademik İsa Həbibbəyli yubiley iclasında “Azərbaycan və Türkiyənin inkişafında “Bir millət – iki dövlət” modeli” mövzusunda məruzə ilə çıxış edib.
Bundan başqa, TÜBA-nın yubileyi mərasimində Qazaxıstan, Rumıniya, Bosniya və Herseqovina Elmlər Akademiyalarının rəhbərləri də çıxış ediblər.
Eyni zamanda, iclasda əlavə olaraq İsrail-Fələstin münasibətlərindən bəhs edən bir məruzə dinlənilib.
Baş Assambleyanın iclasında Türkiyə Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.