Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.11.2015 10:21
  • A-
  • A
  • A+

Azərbaycanda yeni ilan növü aşkar edilib

Azərbaycanda yeni ilan növü aşkar edilib

AMEA Zoologiya İnstitutunun Herpetologiya laboratoriyasının əməkdaşları Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar. Araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhəddinə qədər uzanan kserofit dağlıq ərazilərini  əhatə edir. Əldə edilən tapıntı Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısının Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayıldığını sübut edir.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasının öyrənilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: