Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.12.2023 14:12
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub

Akademik İsa Həbibbəyli Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistana səfəri çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.

Öncə Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış büstü önünə tər gül dəstələri qoyub.

Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AMEA prezidentini mərkəzin fəaliyyəti ilə tanış edib, Azərbaycan-Özbəkistan dostluğu, mədəniyyət, humanitar sahədə əməkdaşlığın inkişafında mərkəzin rolu və görülən işlər haqqında geniş məlumat verib. Akademik İsa Həbibbəyli mərkəzin fəaliyyətinə həsr olunmuş stend və guşələr, eləcə də muzeydə sərgilənən eksponatlarla tanış olub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan Şərqşünaslıq İnstitutunda yeni yaradılmış Azərbaycan dili və ədəbiyyatı Mərkəzinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: