Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində dəyişiklik edilib
28.12.2023 16:21
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının fəaliyyətini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 76; 2012, № 11, maddə 1087; 2013, № 12, maddə 1515; 2021, № 11, maddə 1215) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissədə “texnika” sözü “texnologiya” sözü ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi” üzrə:

1.2.1. adında, 8-ci bənddə və 4.1-ci yarımbənddə ismin müvafiq hallarında “texnika” sözü ismin müvafiq hallarında “texnologiya” sözü ilə əvəz edilsin;

1.2.2. 1-ci bənddə (hər iki halda) “texnika” sözü “texnologiya” sözü ilə, “sahələrində ən dəyərli əsərləri (işləri, layihələri) qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək” sözləri “üzrə Dövlət Mükafatına təqdim etmək üçün əsərləri, işləri, layihələri (bundan sonra – əsərlər) seçmək” sözləri ilə əvəz edilsin;

1.2.3. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.”;

1.2.4. 4.2-ci yarımbənddən “zəruri hallarda” sözləri çıxarılsın;

1.2.5. 4.5-ci yarımbənddə “zəruri” sözü “bu Əsasnamənin 8-ci bəndində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

1.2.6. 7-ci bənddə “texnika” sözü “texnologiya” sözü ilə, “30000 (otuz min)” sözləri “40000 (qırx min)” sözləri ilə, “5 (beş)” sözləri “3 (üç)” sözləri ilə, “komissiyanın qərarı” sözləri “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” sözləri ilə əvəz edilsin;

1.2.7. 9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9. Əsərlər Mükafata dövlət orqanları (qurumları), ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri (bundan sonra – qurum) tərəfindən təqdim olunur.”;

1.2.8. 10-cu bənd ləğv edilsin;

1.2.9. 11-ci bənd üzrə:

1.2.9.1. birinci cümlədə “aprel” sözü “fevral” sözü ilə əvəz edilsin;

1.2.9.2. ikinci cümlədə “bir ay qalmış kütləvi informasiya vasitələrində” sözləri “iki ay qalmış mediada” sözləri ilə əvəz olunsun və həmin cümləyə “dərc olunur” sözlərindən sonra “və (və ya) yayımlanır” sözləri əlavə edilsin;

1.2.10. 12-ci bənd üzrə:

1.2.10.1. birinci abzasda “başqa” sözü “Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, digər” sözləri ilə əvəz edilsin;

1.2.10.2. ikinci abzasın birinci cümləsi çıxarılsın;

1.2.10.3. üçüncü abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Eyni əsər iki dəfədən artıq Mükafata təqdim edilə bilməz.”;

1.2.11. 13-cü bənddə “pul vəsaiti ilə yanaşı,” sözləri “Mükafatın pul hissəsi ilə yanaşı, təsviri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunan” sözləri ilə əvəz edilsin;

1.2.12. 14-cü bəndin birinci abzasından (ikinci və üçüncü hallarda) “Mükafatın” sözü çıxarılsın və ikinci abzasında “Mükafat” sözü “Mükafatın pul hissəsi” sözləri ilə əvəz edilsin;

1.2.13. 15-ci və 16-cı bəndlər aşağıdakı redaksiyada verilsin:

“15. Mükafatın laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda Mükafatın pul hissəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir.

16. Əsərlər Komissiyaya mətbəə üsulu ilə hazırlanmış formada (2 (iki) nüsxədə), rəqəmsal formatda, o cümlədən elektron informasiya daşıyıcılarında (CD, DVD) təqdim oluna bilər.”;

1.2.14. 17-ci bənd üzrə:

1.2.14.1. birinci cümlədə “qurum, müəssisə və ya təşkilat” sözləri “qurum” sözü ilə əvəz edilsin;

1.2.14.2. ikinci cümlədən “və əsərlə bağlı digər zəruri məlumatlar” sözləri çıxarılsın;

1.2.15. 19-cu bənd üzrə:

1.2.15.1. birinci abzasın birinci cümləsində “qurum, müəssisə və ya təşkilatın” sözləri “qurumun” sözü ilə, ikinci cümləsində “təqdimat” sözü “vəsatət” sözü ilə əvəz edilsin;

1.2.15.2. ikinci abzasın ikinci cümləsində “qurum, müəssisə və ya təşkilatın” sözləri “qurumun” sözü ilə əvəz edilsin;

1.2.16. 20-ci bənd üzrə:

1.2.16.1. 20.1-ci yarımbənddə “əsər və namizədlərin irəli sürülməsinə dair keçirilmiş iclas və yığıncaqların, elmi və ya texniki şuraların protokolları, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və ya yaradıcı ittifaqların rəyasət heyətlərinin qərarı” sözləri “əsərin Mükafata təqdim olunması barədə qurumun, habelə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, elmi (elmi-texniki) şuraların qərarları, bu məqsədlə keçirilmiş iclas protokolları” sözləri ilə əvəz edilsin;

1.2.16.2. 20.2-ci yarımbənddə “iki” sözü “bir” sözü ilə əvəz edilsin;

1.2.16.3. 20.3-cü yarımbənddə “tədqiqatçılar” sözü “müəllif (müəlliflər)” sözləri ilə əvəz edilsin;

1.2.17. 21-ci bənd ləğv edilsin;

1.2.18. 24-cü və 25-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“24. Komissiya Mükafata təqdim olunan əsərin (əsərlərin) seçilməsi barədə əsaslandırılmış qərarını Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

25. Mükafat verilməsi barədə məlumat mediada dərc olunur və (və ya) yayımlanır.”.

2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 fevral tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 94; 2023, № 7, maddə 979) adında və 1-ci hissəsində “texnika” sözü “texnologiya” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli 892 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 416; 2012, № 11, maddə 1087) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomunun təsviri”nə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı diplomunun dördüncü səhifəsinin eskizində “texnika” sözü “texnologiya” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2023-cü il

President.az

  • Paylaş: