Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adlarının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Milli Elmlər Akademiyasının:
1.1. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılsın;
1.2. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1107) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu;
2.3. Arxeologiya və Antropologiya İnstitutu;”.
3. Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn məsələləri həll etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 yanvar 2024-cü il
№ 30