Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2024 15:36
  • A-
  • A
  • A+

Türkmənistan Elmlər Akademiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Türkmənistan Elmlər Akademiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib

Türkmənistan Elmlər Akademiyasının prezidenti Allaberdi Aşirov, Məhtumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Hezretgulı Durdıyev, həmin institutun böyük elmi işçiləri Çarı Kullıyev və Dövletgeldi Seyidov Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qonaqlara Hüseyn Cavid şəxsiyyəti, yaradıcılığı, ideologiyası və xatirəsinin əbədiləşdirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin gördüyü işlər haqqında ətraflı məlumat verib.

Qonaqlara muzeyin nəşrləri - “Hüseyn Cavid. Əsərləri” (5 cilddə), “Cavid hikməti: seçmə aforizmlər”, fil.e.d. Gülbəniz Babaxanlının “Ümummilli Lider Heydər Əliyev - Hüseyn Cavid irsinin böyük hamisi” adlı monoqrafiyası hədiyyə edilib və xatirə şəkli çəkilib.

Akademiyanın prezidenti muzeyin xatirə dəftərinə ürək sözlərini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: