Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına xidmət edir
26.08.2024 11:05
  • A-
  • A
  • A+

Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına xidmət edir

Humanistliyi həyat amalına çevirən, xalqı üçün çalışan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xoş məramları və əməlləri hər zaman gənclərə nümunədir.

Həyat prinsipi mehribanlıq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində xeyirxahlıq ünvanına çevrilib. Humanizmə, xeyirxahlığına, ümumilikdə bütün fəaliyyətinə görə dünya üzrə yüksək ehtiram sahibi qazanmış Mehriban xanım Əliyeva Azərbaycan tarixinin şanlı salnaməsində dahi şəxsiyyətdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva əvəzedilməz fəaliyyətini, ideyalarını Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən bəhrələnərək, cənab Prezident İlham Əliyevin qüdrətli siyasətinə arxalanaraq reallaşdırdığı genişmiqyaslı layihələri, nəcib əməlləri ilə ürəklərdə taxt-tac qurmuşdur. Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olaraq Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən məqsədyönlü fəaliyyəti ölkəmizin inkişafına xidmət edir.

Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına - "Heydər Əliyev" ordeninə və Heydər Əliyev mükafatına layiq görülüb.

Mehriban xanım Əliyeva, həmçinin Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur. Mehriban xanım Əliyevanın bütün qazandığı uğurlar biz gənclərə fəxr hissi verir.

Mehriban xanım Əliyeva Parlamentin deputatı olarkən kimi bütün xalqın vəkilinə çevrildi, Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsinə layiqli töhfələr verdi. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban xanım Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.

Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insandır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Azərbaycan qadını bəşəri dəyərləri özündə ehtiva edən bugünkü cəmiyyətimizdə “Birinci xanım” ənənələrini bərqərar edərək dövrün tələblərinə uyğun inkişaf etdirməyə nail olmuşdur. Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiya Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir. Mehriban xanımın gender bərabərliyini təmin etmək istiqamətindəki fəaliyyəti, valideyn himayəsindən məhrum uşaqların mərhəməti xüsusi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir. Bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdədir.

Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.

Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin xalqımız üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır.

Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir. Qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin başlıca istiqaməti xalqın rifahına yönəlmişdir. "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu fikirlər bütün fəaliyyətini Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı istiqamətində quran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.

Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. Bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir.

Mehriban xanım Əliyeva Azərbaycan ordusuna həm ruhən, həmdə mənən xidmət etmişdir. Ermənistanın insanlıq əleyhinə hərbi cinayətləri ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər etdi.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərib, xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edib. Heydər Əliyev Fondunun fəaliyyətinin bir istiqamətini də Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində layihələrin həyata keçirilməsi təşkil edir. Mehriban xanım Əliyeva hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinə misilsiz töhfələrini verir. Heydər Əliyev Fondu həmin ərazilərdə dini, mədəni və tarixi abidələrimizin bərpası ilə məşğuldur.

Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu artıq 20 ildir ki, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif təqdirəlayiq layihələr həyata keçirir.

Fondun faəliyyətində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan konfransların keçirilməsi önəmli yer tutur.

Ürəyi daim xalqı, torpağı, vətəni ilə döyünən, və bütün Azərbaycanın bütün uğurlarında danılmaz xidmətləri olan Mehriban xanım Əliyeva dövlət xadimi, ana, etibarlı həyat yoldaşıdır. Mehriban xanım  Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti, gördüyü bütün işlər, atılan bütün addımları yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına xidmət edir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: