Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, t.e.ü.f.d. İsmayıl Zeynalov ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin təşkil etdiyi, “NASA Yer Məlumatları Sistemindən istifadə edərək quraqlığın monitorinqi, proqnozlaşdırılması və proyeksiyası” adlı təlimində onlayn formatda iştirak edib.
Təlimin məqsədi quraqlığın monitorinqi üçün müasir texnologiyaların məsafədən zondlama və məlumatların istifadəsini iştirakçılara öyrətmək olub. Təlim quraqlıqla bağlı vəziyyətin başa düşülməsi və müvafiq qərarların qəbul edilməsi üçün zəruri olan məlumatların toplanması, analizi və interpretasiyasını əhatə edib. Bu dərslər iştirakçılara quraqlığın daha dərindən analizi və monitorinqi üçün əhəmiyyətli proqram və biliklərə yiyələnməyə kömək edir, müvafiq sahələrdə (kənd təsərrüfatı, ətraf mühit müdafiəsi və s.) işlərin daha mükəmməl icra edilməsi üçün zəmin yaradır.
Sonda imtahanı müvəffəqiyyətlə başa vuran Coğrafiya İnstitutunun əməkdaşına sertifikat təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.