Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.06.2025 12:58
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Beynəlxalq yaşıl hidrogen laboratoriyası yaradılır

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Beynəlxalq yaşıl hidrogen laboratoriyası yaradılır

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutu arasında Beynəlxalq yaşıl hidrogen laboratoriyasının (International Green Hydrogen Laboratory) yaradılması haqqında razılaşma imzalanıb.

Razılaşma Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Grigor Tatişvili tərəfindən imzalanıb.

İmzalanan razılaşmanın məqsədi yaşıl hidrogenin istehsalı, saxlanması, daşınması və tətbiqi sahəsində birgə tədqiqatlar, texnoloji innovasiyalar, akademik əməkdaşlıq və bilik mübadiləsi üçün multidissiplinar platforma yaradılmasıdır.

Yaradılacaq laboratoriya Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-tədqiqat bölməsi - Nanoelektrokimya və Elektrokataliz laboratoriyası (Azərbaycan tərəfi) və Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun elmi-tədqiqat bölməsi - Tətbiqi kimya şöbəsi (Gürcüstan tərəfi) bazasında formalaşdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: