Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2026 15:45
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyevin 103 illiyi ilə əlaqədar Nadir ağaclar parkının ərazisində müxtəlif növ ağac tingləri və gül kolları əkilib

Ulu Öndər Heydər Əliyevin 103 illiyi ilə əlaqədar Nadir ağaclar parkının ərazisində müxtəlif növ ağac tingləri və gül kolları əkilib

Azərbaycan Milli Elmlər Akademiyasının şəhərciyində salınmış Nadir ağaclar parkında yaşıllıq zonasının nadir ağac və müxtəlif gül növləri ilə genişləndirilməsi və zənginləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əməkdaşları Nadir ağaclar parkının ərazisində müxtəlif növ ağac tingləri və gül kolları əkib, texniki qulluq göstəriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: