Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2026 20:38
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyev Qəbələni necə xilas etdi?

Ulu Öndər Heydər Əliyev Qəbələni necə xilas etdi?

Mi­lad­dan əv­vəl V-IV əsr­lər­dən baş­la­ya­raq əv­vəl­cə öl­kə­nin iq­ti­sa­di və mə­də­ni hə­ya­tın­da, da­ha son­ra isə həm də si­ya­si hə­ya­tın­da çox mü­hüm rol oy­na­yan, era­mı­zın I əs­rin­dən eti­ba­rən isə ya­zı­lı mən­bə­lər­də adı ­çə­ki­lən Qə­bə­lə qə­dim Azər­bay­can döv­lə­ti olan Al­ba­ni­ya­nın ilk pay­taxt şə­hə­ri olub. Al­ban hökm­dar­la­rı­nın baş iqa­mət­ga­hı ora­da yer­lə­şib. I əsr Roma mü­əl­li­fi Bö­yük Pi­li­ni­nin “Tə­bii ta­rix” əsə­rin­də “Ka­ba­la­ka”, II əsr yunan mü­əl­li­fi Klav­di Pto­le­me­yin “Coğ­ra­fi­ya dərs­li­yi” əsə­rin­də “Xa­ba­la” ki­mi adı çə­ki­lən Qə­bə­lə or­ta əsr mən­bə­lə­rin­də də tez-tez xa­tır­la­nır.

70 hek­tar­dan çox əra­zi­ni əha­tə edən qə­dim Qə­bə­lə şə­hə­ri­nin qa­lıq­la­rı in­di­ki Qə­bə­lə ra­yo­nu­nun Çu­xur Qə­bə­lə kən­di ya­xın­lı­ğın­da yer­lə­şir. 1926-cı il­dən baş­la­ya­raq Qə­bə­lə­də da­vam­lı ola­raq ar­xeo­lo­ji təd­qi­qat­lar apa­rı­lır. 2009-cu il­dən eti­ba­rən Azər­bay­can ar­xeo­loq­la­rı ilə ya­na­şı, Ko­re­ya alim­lə­ri də orada ta­ri­xi­nin ar­xeo­lo­ji cə­hət­dən araş­dı­rıl­ma­sın­da bi­la­va­si­tə iş­ti­rak edir­lər.

Ço­xil­lik və ge­niş­miq­yas­lı təd­qi­qat­lar nə­ti­cə­sin­də qə­dim pay­taxt şə­hə­ri­nin ta­ri­xi­nin bir sı­ra çox mü­hüm is­ti­qa­mət­lə­ri­nə da­ir, o cüm­lə­dən Qə­bə­lə­nin ən azı era­mız­dan əv­vəl V əsr­dən eti­ba­rən şə­hər ki­mi möv­cud­lu­ğu­nu təs­diq­lə­yən zən­gin ta­pın­tı­lar əl­də olu­nub. Han­sı ki, bu ta­pın­tı­lar Azər­bay­ca­nın qə­dim döv­lət­çi­lik ta­ri­xi­nin və şə­hər mə­də­niy­yə­ti ənə­nə­lə­ri­nin də­rin­dən və hər­tə­rəf­li öy­rə­nil­mə­si ba­xı­mın­dan son də­rə­cə mü­hüm əhə­miy­yət kəsb edir.

Qə­bə­lə ay­rı-ay­rı ta­ri­xi dövr­lər­də Sa­sa­ni və Bi­zans im­pe­ri­ya­la­rı, Ərəb xi­la­fə­ti və Xə­zər xa­qan­lı­ğı or­du­la­rı­nın, ha­be­lə şi­mal­dan kö­çə­ri­lə­rin Al­ba­ni­ya əra­zi­lə­ri­nə olan da­ğı­dı­cı hü­cum və bas­qın­la­rı za­ma­nı də­fə­lər­lə çox cid­di da­ğın­tı­la­ra mə­ruz qa­lıb. Mon­qol­la­rın, Tey­mu­ri­lə­rin və Qı­zıl Or­da hər­bi bir­ləş­mə­lə­ri­nin Al­ba­ni­ya­ya olan yü­rüş­lə­ri və əra­zi­də baş ver­miş qan­lı toq­quş­ma­lar za­ma­nı Qə­bə­lə­yə də­fə­lər­lə çox cid­di zi­yan də­yib. La­kin bü­tün bu da­ğın­tı­la­ra rəğmən, şə­hər ye­ni­dən dir­çə­lə­rək XVI­II əs­rin əv­vəl­lə­ri­nə­dək öl­kə­nin iq­ti­sa­di, si­ya­si, hər­bi, di­ni və mə­də­ni hə­ya­tın­da mü­hüm rol oy­na­maq­da da­vam edib.

Əf­sus­lar ol­sun ki, Azər­bay­can Çar Ru­si­ya­sı və So­vet im­pe­ri­ya­sı­nın tər­ki­bin­də ol­du­ğu dövr­də də Qə­bə­lə də­fə­lər­lə çox cid­di da­ğın­tı­la­ra mə­ruz qa­lıb. So­vet ha­ki­miy­yə­ti­nin ilk il­lə­rin­də şə­hə­rin cə­nub qa­la di­var­la­rı rus hər­bi­çi­lə­ri tə­rə­fin­dən part­la­dı­lıb. 1977-ci il­də Qə­bə­lə ra­dio­lo­ka­si­ya stan­si­ya­sı ti­ki­lər­kən isə mil­liy­yət­cə er­mə­ni olan mü­tə­xəs­sis­lər tə­rə­fin­dən yük­sək gər­gin­lik­li elekt­rik xət­ti­nin bi­la­va­si­tə qə­dim şə­hər əra­zi­sin­dən keç­mə­si la­yi­hə­ləş­di­ri­lib. La­yi­hə ic­ra olu­nar­kən hərbiçilər ar­xeo­loq alim­lə­rin cid­di eti­ra­zı­na məhəl qoymayaraq, qə­dim şə­hər ye­ri­nə ağır tex­ni­ka gətirməklə ora­da iri qabaritlielekt­rik di­rək­lə­ri basdırılıb. Şəhər ətrafı ərazidə, xüsusən də Kamaltəpə və Şiştəpədə aparılan hamarlama işləri zamanı qədim tikinti qalıqları və məzarlıqlar dağıdılıb. Be­lə­lik­lə də qə­dim paytaxt şə­hərimiz növ­bə­ti də­fə dağıdılmaq təhlükəsi qar­şı­sın­da qa­lıbHə­min an­da ­Qə­bə­lə­də ar­xeo­lo­ji təd­qi­qat­la­rı da­vam et­dir­mək­də olan ar­xeo­loq Əlləri heç yana çatmayan baş ve­rən­lər ba­rə­də Aka­de­mi­ya­nın Ta­rix İns­ti­tu­tu­nun şö­bə mü­di­ri, ta­nın­mış qə­bə­lə­şü­nas alim İq­rar Əli­ye­və mə­lu­mat ve­riblər. O da öz növ­bə­sin­də baş ve­rən­lər ba­rə­də dərhal Ali So­ve­tin Rə­ya­sət He­yə­ti­nin səd­ri Qur­ban Xə­li­lo­vu mə­lu­mat­lan­dı­rıb. Q.Xə­li­lov isə mə­sə­lə ba­rə­də Azər­bay­can KP MK-nın I ka­ti­bi Hey­dər Əli­ye­və mə­ru­zə edib. Qə­bə­lə ət­ra­fın­da baş ve­rən­lə­ri də­rin­dən araş­dı­ra­n U­lu Ön­dər mə­sə­lə­ni dər­hal Azər­bay­can KP MK-nın bü­ro ic­la­sı­nın mü­za­ki­rə­si­nə ha­zır­la­maq ba­rə­də gös­tə­riş ve­rib. Onun tap­şı­rı­ğı ilə Qə­bə­lə­yə ezam olun­muş Döv­lət Ko­mis­si­ya­sı­nın ha­zır­la­dı­ğı ara­yış Mər­kə­zi Ko­mi­tə­nin 17 yan­var 1978-ci il ta­rix­li Bürö ic­la­sın­da ge­niş mü­za­ki­rə olu­nub və abi­də­nin qo­run­ma­sı­na la­qeyd mü­na­si­bət gös­tər­miş olan ca­vab­deh şəxs­lər cid­di cə­za­lan­dı­rı­lıb.

Ha­di­sə­lə­rin son­ra­kı in­ki­şa­fı­nın təh­li­li gös­tə­rir ki, 1977-ci ilin no­yabr-de­kabr və 1978-ci ilin yan­var ay­la­rın­da Qə­bə­lə RLS-ə yük­sək gər­gin­lik­li elekt­rik xət­ti­nin çə­ki­li­şi ilə əla­qə­dar qə­dim pay­taxt şə­hə­ri­miz ət­ra­fın­da baş ve­rən­lər sa­də­cə han­sı­sa mü­hən­dis-tex­ni­ki la­yi­hə­nin ic­ra­sı de­yil­miş. Bu ad­dı­mın ar­xa­sın­da ob­raz­lı şə­kil­də de­sək “er­mə­ni-rus bir­ləş­mə­lə­ri­nin” Azər­bay­ca­nın zən­gin döv­lət­lik ta­ri­xi­ni özün­də ya­şat­maq­da olan qə­dim Qə­bə­lə­ni ta­ma­mi­lə yox et­mək ki­mi irə­li­cə­dən ha­zır­lan­mış çir­kin plan­la­rı du­rur­muş. Mən bu­ra­da “er­mə­ni-rus bir­ləş­mə­lə­ri” ifa­də­si­ni tə­sa­dü­fən iş­lət­mə­dim. Bu, hə­qi­qə­tən də be­lə olub. Yə­ni, Mosk­va si­fa­riş edib, er­mə­ni mü­tə­xə­sis­lər isə plan qu­rub.

Mə­lum ol­du­ğu ki­mi, müa­sir er­mə­ni ta­rix­çi­lə­ri son vaxt­lar qə­dim Azər­bay­can döv­lə­ti olan Al­ba­ni­ya­nın möv­cudlu­ğu­nu be­lə da­nır­lar. Su­al olu­nur, 800 ilə­dək bir müd­dət ər­zin­də Al­ba­ni­ya­nın pay­taxt şə­hə­ri ol­muş Qə­bə­lə bü­tün möh­tə­şəm­li­yi ilə ye­rin­də qal­dı­ğı hal­da er­mə­ni­lə­rin bu ya­la­nı­na dün­ya­da kim ina­­nar­­dı­­? Bü­tün bun­lar onu de­mə­yə əsas ve­rir ki, Qə­bə­lə RLS-ə yük­sək gər­gin­lik­li elekt­rik xət­ti çə­kil­mə­si la­yi­hə­si əs­lin­də o za­man­kı er­mə­ni­pə­rəst So­vet rəh­bər­li­yi­nin Azər­bay­ca­nın qə­dim pay­taxt şə­hə­ri olan Qə­bə­lə­nin hə­mi­şə­lik ola­raq büs­bü­tün ta­rix səh­nə­sin­dən gö­tü­rül­mə­si pla­nı­nın tər­kib his­sə­si olub.

Hər kə­sə bəl­li ol­du­ğu ki­mi Qə­bə­lə RLS SSRİ-yə məx­sus çox mü­hüm hər­bi-stra­te­ji ob­yekt­lər­dən bi­ri he­sab olu­nur­du. Odur ki, hə­min ob­yek­tin ti­kin­ti­si, han­sı mən­bə­dən ener­ji ilə qi­da­lan­ma­sı və bu ki­mi mə­sə­lə­lər hər­bi sirr idi. Məhz bu amil­lə­ri nə­zə­rə ala­raq o za­man Azər­bay­can KP MK Bü­ro­sun­da Qə­bə­lə ilə bağ­lı apa­rı­lan mü­za­ki­rə­lər və bu ba­rə­də qə­bul olu­nan qə­rar məx­fi sax­la­nı­la­raq mət­bua­ta çı­xa­rıl­ma­dı. Uzun illərdir ki, Albaniya tarixininin arxeoloji cəhətdən öyrənilməsi sahəsində çalışan alim-ziyalı olaraq hesab edirəm ki, Qəbələ ətrafında baş verənləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin qədim paytaxt şəhərimizin növbəti dəfə dağıntılara məruz qalmasının qarşısını necə aldığı barədə həqiqətləri gec də olsa hər kəs bilməlidir. Bu ona gö­rə va­cib­dir ki, qoy, hər kəs ta­ri­xi-mə­də­ni də­yər­lə­ri­mi­zin qiy­mə­ti­ni, çə­ki­si­ni, onun hə­qi­qə­tən də bə­şər mə­də­niy­yə­ti­nin tər­kib his­sə­si ol­du­ğu­nu də­rin­dən an­la­sın. Bu, həm də ona gö­rə va­cib­dir ki, məhz Ulu Ön­dər Hey­dər Əli­yev kom­mu­nist re­ji­mi­nin qa­da­ğa və təh­did­lə­ri­nin tüğ­yan et­di­yi, mil­li mə­də­niy­yət­lə­rin hər va­si­tə ilə sı­xış­dı­rıl­dı­ğı bir dö­nəm­də sö­zün əsil mə­na­sın­da Ümum­mil­li li­de­rə xas qə­tiy­yət və prin­si­pi­al­lıq nü­mu­nə­si nü­ma­yiş et­di­rə­rək Qə­bə­lə­ni məhv ol­maq­dan xi­las et­di­yi­ni qoy hər kəs bil­sin və heç za­man unut­ma­sın.

1925-ci ildən başlayaraq artıq 100 ildir ki, Qəbələnin tarixi arxeoloji baxımdan öyrənilməkdədir. Bu illər ərzində orada 100-dən artıq arxeoloji ekspedisiya işləmiş, axtarışlar nəticəsində 15000-dən çox arxeoloji artefakt qeydə alınaraq götürülmüş, tədqiqatların yekunlarına dair 5000 səhifədən ziyadə hesabatlar tərtib olunmuşdur.

Beləliklə də Qəbələnin tarixinə dair olduqca zəngin mənbəşünaslıq bazası yaradılmışdır. Qəbələ tədqiqatlar sayəsində Azərbaycanda çoxsaylı peşəkar arxeoloqlar nəsli yetişmişdir.

Bu gün Ulu Öndərin anadan olmasının 103-cü ildönümünü qeyd edərkən də­rin min­nət­dar­lıq his­si ilə onu da eti­raf et­mə­li­yik ki, Qəbələnin xilası ilə bağlı birbaşa mü­əl­li­fi ol­du­ğu Mər­kə­zi Ko­mi­tə qə­ra­rı elə da­hi rəh­bə­rin 70-80-ci il­lər­də res­pub­li­ka­ya rəh­bər­lik et­di­yi dönəmdə çox uğur­la hə­ya­ta ke­çi­ril­miş oldu. Be­lə ki, qı­sa müd­dət ər­zin­də Qə­bə­lə res­pub­li­ka hö­ku­mə­ti­nin qə­ra­rı ilə Döv­lət qo­ru­ğu elan edil­di, ət­ra­fı ha­sar­lan­dı, Qaraçay və Govurlu çaylarının sel su­la­rı­nın da­ğıt­maq təh­lü­kə­si olan yer­lər­də be­ton bənd­lər sa­lın­dı, ar­xeo­lo­ji təd­qi­qat­lar in­ten­siv xa­rak­ter al­dı. Tə­səv­vür edin, o il­lər­də Qə­bə­lə­də ey­ni vaxt­da 4-5 ar­xeo­lo­ji eks­pe­di­si­ya iş­lə­yir­di.

La­kin ötən əs­rin 80-ci il­lə­ri­nin or­ta­la­rın­dan baş­la­ya­raq öl­kə­də hökm sü­rən xa­os və hərc-mərc­lik şə­rai­tin­də Azər­bay­ca­nın di­gər yer­lə­rin­də ol­du­ğu ki­mi, Qə­bə­lə­də də ar­xeo­lo­ji təd­qi­qat­lar da­yan­dı­rıl­dı. Yal­nız Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra ora­da ye­ni­dən el­mi ax­ta­rış­la­ra start ve­ril­di. Mü­ba­li­ğə­yə yol ver­mə­dən de­yə bi­lərik ki, Qə­dim pay­taxt şə­hə­ri­miz olan Qə­bə­lə bu gün Cə­nu­bi Qaf­qa­zın ən ge­niş və ən müa­sir ar­xeo­lo­ji təd­qi­qat­lar la­bo­ra­to­ri­ya­sı­na çev­ri­lib. Öl­kə Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin xe­yir-dua­sı ilə 22 sent­yabr 2014-cü il ta­rix­də açı­lı­şı olan Qə­bə­lə Ar­xeo­lo­ji Mər­kə­zi bu gün uğur­la fəa­liy­yət gös­tər­mək­də­dir. Qə­bə­lə Bey­nəl­xalq Ha­va Li­ma­nı­nın is­ti­fa­də­yə ve­ril­mə­si, Qə­dim İpək Yo­lu üzə­rin­də yer­lə­şən bu ta­ri­xi mə­ka­nın hər bir gu­şə­sin­də ən müa­sir xid­mət inf­rost­ruk­tur­la­rı­nın möv­cud­lu­ğu, ye­ni sa­lın­mış yol­lar, kör­pü­lər və is­ti­ra­hət ocaq­la­rı tə­biə­ti eti­ba­rı ilə Cə­nu­bi Qaf­qa­zın mir­va­ri­si olan qə­dim Qə­bə­lə­ni da­ha da ca­zi­bə­dar edib­dir. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin sə­rən­cam­la­rı, gös­tə­riş­lə­ri, qay­ğı və töv­si­yə­lə­ri­nə uy­ğun ola­raq hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər sa­yə­sin­də son il­lər qə­dim Qə­bə­lə ilə müa­sir Qə­bə­lə­nin qey­ri-adi, özü də son də­rə­cə uğur­lu har­mo­ni­ya­sı tim­sa­lın­da Cə­nu­bi Qaf­qaz­da həm də in­san­la­rı get­dik­cə da­ha çox özü­nə cəlb edən ecaz­kar ar­xeo­lo­ji-tu­rizm mər­kə­zi for­ma­la­şıb.

Qəbələ mövzusu hər zaman  aktual olub. Lakin son vaxtlar dövlər başçısı tərəfindən orada keçirilən görüşlər, rəsmi dövlət tədbirləri, sammit və simpoziumlar Qəbələ mövzusunu daha da aktual edibdir. Xarici mətbuat səhifələrində Qəbələnin hətta Azərbaycan şimal paytaxtı şəhəri kimi təqdim olunmasının özü də artıq bir reallıqdır. Elə bir reallıq ki, onun əsası hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və möhtərəm cənab Prezident İlhan Əliyev tərəfindən inkişaf etdirilərək bu günkü səviyyəyə qaldırılıb. 2012-2013-cü illərdə məhz cənab Prezidentin tapşırığı əsasında Qəbələdə 1200 yerlik Konqres mərkəzi tikiləndə ola bilsin ki, çoxları onun nəyə hesablandığını yetərincə anlanırdı. Bu və buna bənzər çoxsaylı misallar bir daha ondan xəbər verir ki, bəli, cənab Prezident nəyin nə vaxt olmalı olduğunu hər kəsdən daha yaxşı bilir.

Tarix təkrarlanır, deyiblər. Bunun nə dərəcədə həqiqət olduğunu bu gün Qəbələnin timsalında da görürük. Yəni, qədim paytaxt şəhərimiz yenidən paytaxt statuslu dövlət tədbirlərinə ev sahibliyi edir. Hesab edirik bu, hələ son deyil. Yəni, Qəbələnin ölkəmizin iqtisadi, siyasi və mədəni həyatındakı rolu bundan sonda da hər gün yüksələn xətlə daha da arartacaqda. Yəni, Ulu Öndər Heydər Əliyevin təbirincə desək “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi” var.

Sək­kiz yüz il­dən ar­tıq bir müd­dət ər­zin­də Al­ba­ni­ya­nın – qə­dim Azər­bay­can döv­lə­ti­nin baş şə­hə­ri – pay­tax­tı ol­muş qə­dim Qə­bə­lə ən azı 2500 il­dir ki, xal­qı­mı­zın zən­gin və şə­rəf­li ta­ri­xi­ni özün­də ya­şa­dır. He­sab edi­rik ki, bu şə­rəf­li ta­ri­xi əbə­di­ləş­dir­mək na­mi­nə Qə­bə­lə­nin 2500 il­li­yi­ni döv­lət sə­viy­yə­sin­də qeyd et­mək ümu­mi işi­mi­zin xey­ri­nə olar. Bu, Qə­bə­lə­nin tim­sa­lın­da Azər­bay­ca­nın qə­dim ta­ri­xi­ni, zən­gin mə­də­ni ir­si­ni və bu­gün­kü di­na­mik in­ki­şa­fı­nı növ­bə­ti də­fə bü­tün dün­ya­ya nü­ma­yiş et­dir­mək yo­lun­da uğur­lu bir ad­dım olar.

Qafar Cəbiyev, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

konkret.az

  • Paylaş: