AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Rusiyanın paytaxtı Moskva şəhərində elmi ezamiyyətdə olub.
Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” adlı layihə çərçivəsində baş tutub.
Alim səfər ərzində Rusiya Dövlət Kitabxanasının Arxivində mövzu ilə bağlı tədqiqatlar aparıb, dəyərli və nadir materiallar əldə edib. Bundan əlavə, S.Nemətzadə azərbaycançılıq fenomenini əks etdirən maddi-mədəni nümunələr də aşkarlayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.