Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  INTERESTING INFORMATION

Kvars şüşədə Mendeleyevin dövrü sistemi əks etdirilib
02.09.2020 10:49
  • A-
  • A
  • A+

Kvars şüşədə Mendeleyevin dövrü sistemi əks etdirilib

Şüşələr insanlar tərəfindən 5 min ildir istifadə edilsə da, onların yeni xassələri hələ də alimlər tərəfindən kəşf olunmaqdadır.

D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin tədqiqatçıları kvars şüşədə Mendeleyevin dövrü sisteminin 3,6 x 2,4 mm ölçülü görüntüsünü yaradıblar. 

Tədqiqatın müəllifləri kvars şüşənin daxilində nanoqəfəs yaratmaq üçün femtosaniyə lazer metodundan istifadə ediblər. Başqa sözlə, şüa belə periodik quruluşa malik sahədən keçdikdə 2 komponentə ayrılır. Onlar isə materialdan müxtəlif sürət və yollarla keçərək sonda birləşirlər. Nəticədə, şüşənin daxilində interferension rəng əmələ gəlir.

Rambler.ru saytının məlumatına görə, yeni araşdırma elementlərin zənginliyini şüşənin qalınlığında həkk olunmuş  Mendeleyevin miniatür dövrü cədvəli şəklində əks etdirilir.  Kimyəvi element olan hər qəfəsin ölçüsü 200x200 mikrometrdir.

Aparılan tədqiqat işlərinin nəticəsi “Frontiers in Chemistry” jurnalının xüsusi buraxılışında dərc edilib.

  • Share: